Daha məndən nə istəyir. Dostlar yarım küsüb yenə, Bilməm məndən nə istəyir. Xahişini əmr bildim, Daha məndən nə istəyir.
Fikir çəkdim zaman-zaman, Gördüm sevmək deyil asan. Bir canım var o da qurban, Daha məndən nə istəyir.
Yaradıram sətir-sətir, Ömür bircə anda itir. İstəyirsə yazım şeir, Daha məndən nə istəyir.
Haqdan sevgi dilərəm mən, Üzü gülsə gülərəm mən. O öl desə ölərəm mən, Daha məndən nə istəyir.
Elvin,ürək çəkir kədər, Bü gözəllik əldən gedər. İllərimi verdim hədər, Daha məndən nə istəyir.
Çap etmək
|