DataLife Engine > Divani > Təzə tərəf

Təzə tərəf


3 Sentyabr 2010. Đŕçěĺńňčë: sekineilyasqizi
Baş açmırsan bu nə sirrdi,yol gedir izə tərəf,
Ceyran,cüyür uzaqlaşır,qurd gəlir düzə tərəf.
İnsanın ki köməyində Tanrı özü durmadı,
Mənası nə,qoşun yığa,özünə gəzə tərəf.

Kar qulaq eşitməz əsla,ha asasan min tənə,
Gözələ hər şey yaraşar,geysə təzə,mintənə.
Bedəsilə vurulsa da gündə neçə min tənə,
"Qarğanan qarğa çox yaşar",üz tutar yüzə tərəf.

Balasına ad qoyanda fikir verə hər kəs ada,
Biri qızıl qabda yeyər,biri torpaq kasada;
Yaxın düşən az tapılar nədən əli kasada,
Varlananda qohum artar,çox çıxar təzə tərəf.


Âĺđíóňüń˙ íŕçŕä