Saytda artıq 2227 müəllif qeydiyyatdan keçib və 4404 əsər dərc olunub.
Dərc olunan əsərlərə 16491 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: sekineilyasqizi | 3 Sentyabr 2010 | Oxunub: 256| Yadda saxlamaq:
Baş açmırsan bu nə sirrdi,yol gedir izə tərəf, Ceyran,cüyür uzaqlaşır,qurd gəlir düzə tərəf. İnsanın ki köməyində Tanrı özü durmadı, Mənası nə,qoşun yığa,özünə gəzə tərəf.
Kar qulaq eşitməz əsla,ha asasan min tənə, Gözələ hər şey yaraşar,geysə təzə,mintənə. Bedəsilə vurulsa da gündə neçə min tənə, "Qarğanan qarğa çox yaşar",üz tutar yüzə tərəf.
Balasına ad qoyanda fikir verə hər kəs ada, Biri qızıl qabda yeyər,biri torpaq kasada; Yaxın düşən az tapılar nədən əli kasada, Varlananda qohum artar,çox çıxar təzə tərəf.
Yaşayır: --
Əsərlərin sayı: 152
Resenziyalar: 1474
Status: Şair
Aşıq şeri janrında, 8+7=15 heca bölgüsündə, fəlsəfi- didaktik məzmunda. cinas qafiyəli şeirdir. Yəqin ki, "Divani" saz havası üstündə söylənir. Uğurludur.