Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
AŞIQ SƏNƏTİ VƏ NEMƏT QASIMLI HAQQINDA » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

AŞIQ SƏNƏTİ VƏ NEMƏT QASIMLI HAQQINDA

Müəllif: elvin mehmanli | 26 Aprel 2011 | Oxunub: 519| Yadda saxlamaq:
"Əsl sənətkarın,əsl şairin,
Özü qocalsa da sözü qocalmır".
Əsrlər boyu dahilər,sənətkarlar,ustadlar yetirən Azərbaycan xalqı sənət tarixinə silinməz izlər qoymuşdur.Elə buna görə də bizim sənət tariximiz zəngin,tükənməz bir xəzinəyə bənzəyir.O tarixi yazan ustadlarımız isə həmin xəzinənin ləli,cəvahiridir.
Aşıq sənətinin də sənət xəzinəmiz də xüsusi bir yeri vardır.
Bu tarixi bizim görkəmli,tanınmış ustadlarımız yaratmışdır.
Aşıq Alı,Ələsgər,Allahverdi,Xəstə Qasım,Abbas Tufarqanlı kimi və başqa ustadlarımız yaratmışdır.
Biz bilirik ki,aşıq sənətinin bir neзə mühiti vardır.Bunlara misal Göyçə mühiti,Təbriz mühiti,Şirvan mühiti,Borçalı mühiti.
Bu mühitlər vahid aşıq sənətini əmələ gətirsə də hər bir mühitin öz ustadları,öz sənətkarları olmuşdur.Hər mühit öz gözəlliyi ilə aşıq sənətini daha da möhtəşəmləşdirmişdir..
Müasir dövrümüz də ustadlarımızın yadigar qoyduğu bu əsrarəngiz sənətin davamçıları,bu sənətin yükünü öz çiyinlərində daşıyan aşıqlarımız az deyil.
Belə aşıqlarımızdan biri də Gədəbəy elinin yetirməsi,sənəti layiqincə yaşadan,sevdirən və dünyanın hər yerində təbliğ edən Nemət Qasımlıdır.Əvvala bir єeyi qeyd edim ki,Gədəbəy eli öz ustad aşıqları,şairləri,elm adamları,ziyalıları ilə çox məєhurdur.Gədəbəydə Aşıq Dəmir Gədəbəyli,Seyfəddin,Zahid Aslanoğlu,İsfəndiyar Rüstəmov,Səyyad Pənahov kimi ustad aşıqlar var.
"Soruşdun hardanam Şirinxaloğlu,
Ömrümün binası Gədəbəydədi.
Anamın boynuma dolanan qolu,
Yuxumun laylası Gədəbəydədi"
deyən İlyas Tapdıq Gədəbəyin yetirdiyi böyük şairlərdən biridir.
Sadaladığım aşıqların davamçılarından biri də müasir dövrümüzün ustad aşığı Nemət Qasımlıdır.Aşıq Nemət öz sənətiylə sənətə yeni bir ruh,yeni bir nəfəs gətirmişdir.İlk öncə onu qeyd edim ki,Nemət Qasımlı Gədəbəy rayonunun Kiçikqaramurad kəndində anadan olmuşdur.Lakin kiçik bir rayonda anadan olmasına baxmayaraq bütün Azərbaycanın,bütün türk dünyasının fəxrinə çevrilmişdir.
Əvvala onun aşıq sənətinə verdiyi töhvələrdən,göstərdiyi xidmətlərdən bəhs etmək göstərəcək ki,doğrudan da sənət var,sənətkar var.Nemət Qasımlı Azərbaycanda ilk dəfə saz sinifinin açılmasına təşəbbüs göstərmişdir.Qara Qarayev adına 8 nömrəli məktəbdə saz sinifi açılmışdır.Bundan əlavə bir sıra beynalxalq müsabiqələrin laureatı olaraq sazı bir daha ucaltmışdır.
Mən sizə bir şeyi qeyd edim ki,aşıq sənətinin YUSENCO-ya qəbul olunmasının ilk mərhələsin də,yəni praktiki olaraq sazın dünyaya tanıdılması ilə əlaqədar aşıqların Fransa səfəri olmuşdur.Bu səfərdə olan aşıqlardan biri Nemət Qasımlı olmuşdur.Öz möhtəşəm ifası ilə bütün xarici tamaşaçısını saza heyran qoymuşdur.
Zirvəsi görünməz dağlarsan,nəsən,
Açılmaz möcüzə,sirsən,ay ustad.
Sənətin Tanrının əmanətidi,
Ocaqsan,qibləsən,pirsən,ay ustad.

Könüllər oxşayır sözün,söhbətin,
Səndən uzaq olsun dərd,bəla,зətin.
Dilqəmin canını üzür həsrətin,
Gözdən yaş çıxaran ilsən,ay ustad.

Bəndi dərk olana neyləsin ki,sel,
Sazından danışır hər oba,hər el.
Adınla səslənir "Orta sarıtel",
Bu sənət yolunda birsən,ay ustad.

Cisminə ruh verdin çox cansızların,
Könlünü yumşaltdın amansızların.
Canına od saldın fransızların,
Qarşısı alınmaz selsən,ay ustad.
Məhz bu şeir də Fransa səfərindən sonra yaranmışdır.Bu şeirin yaranmasını vadar edən səbəb Nemət müəllimin möhtəşəm ifası idi.Hər insandan aşıq olsa da ustad ola bilməz.Əlbəttə ki,ustadlıq,hər aşığa nəsib olmur.Bəlkə də belə demək olar ki,Tanrının istəkli bir bəndəsi kimi ,Nemət Qasımlıya həm gözəl sənət,həm də hər kəsə verilməyən ustadlıq nəsib olmuşdur.
Elmi,mərifəti,ədəb,ərkanı,
Səndən öyrənmiєəm,səndən,ay,ustad.
Xalqa məhəbbəti,elə hörməti,
Səndən öyrənmiєəm,səndən,ay,ustad.

Daim bahar olsun ömrünün bağı,
Dostun üzü gülsün,kor olsun yağı.
Başıdik gəzməyi,mərd yaşamağı,
Səndən öyrənmiєəm,səndən,ay,ustad.

Elvin,əməlini etmə xəlvəti,
Yaşat,öyrən,öyrət,sevdir sənəti.
Kiçiyə diqqəti,böyüyə hörməti,
Səndən öyrənmiєən,səndən,ay,ustad.
Əsl aşıq,əsl ustad odur ki,ondan sonra yerində sənətini yaşadacaq birini vəyaxuda da birilərini qoysun.Nemət müəllim də allahın xoşbəxt bəndələrindən biridir ki,yerində yüzlərlə şəyirdlər qoymuşdur.Neçə illər keçsə də heç vaxt belə ustadlar yaddan çıxmayacaq,nə qədər sənət var onlarda yaşayacaqdır.Əlbəttə ki,əsl sənət mükafatsız qalmaz.Dövlətimizin aşıq sənətinə olan qayğısı əlbəttə ki,əvəzolunmazdır.Heydər Əliyev fondunun prezidenti,Yunesconun,İsesconun xoşməramlı səfiri,millət vəkili Mehriban xanımın aşıq sənətinə olan qayğısı və aşıq sənətinə etdiyi xidmətlər əvəzolunmazdır.
Dövlətimiz əsl sənətkarlara daim hörmət bəsləyir və qayğısına qalır.Əsl sənət mükafatsız qalmaz deyiblər.Və belə də oldu.
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Nemət Qasımlıya "ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ" fəxri adı verilmişdir.
Mən də öz adımdan və ustadın bütün şəyirdlərinin adından bu fəxri ad münasibətilə ustadımızı ürəkdən təbrik edirik.Ona can sağlığı,yeni-yeni yaradıcılıq uğurları və həyatda xoєbəxtlik arzulayırıq..!
Elvin Mehmanlı

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
      « Əvvəlki əsər: AZƏRBAYCANIN 
      » Növbəti əsər: BABA 
Əsəri oxuyanlar (209)
  Oxşar misralar:
  • ELVİN MEHMANLI- USTAD şeiri
  • ELAN
  • Ustad...
  • Sazı viran qoyubdur!
  • NEMƏT QASIMLI HAQQINDA
  •   Resenziyalar (2)  
    Yazdı: bayrami: 2 May 2011 01:19
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Allah Hakimdir.

    Mən səni sevmişəm körpəliyimdən,
    Sənsən mehribanım, sənsən ustadım,
    Nə qədər bəxtiyar bir insanam mən
    Ki, sənin tələbən çağrılır adım!
    ( S.Vurğun)

    Yazdı: elvin mehmanli: 2 May 2011 01:43
     
    Yaşayır: baki
    Əsərlərin sayı: 117
    Resenziyalar: 474
    Status: Şair
     
    ALLAH BÜTÜN DÜNYASINI DƏYİŞMİŞ MƏRHUM SƏNƏTKARLARA RƏHMƏT ELƏSİN
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az