Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Allah rəhmət eləsin! » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Allah rəhmət eləsin!

Müəllif: admin | 25 Aprel 2011 | Oxunub: 311| Yadda saxlamaq:
Allah rəhmət eləsin! Azərbaycan Xalq şairi Balaş Azəroğlu 24 aprel 2011-ci il tarixində günorta saatlarında 90 yaşında dünyasını dəyişib.
Şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Abizadə Balaş Azəroğlu 1921-ci ildə Bakı şəhərində anadan olub. İlk mətbu şeiri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Balaş Azəroğlu. Ömrüm.

Ağlaya-ağlaya gəldim dünyaya,
Dünyadan gedəndə
Nə üzümdə göz yaşım olacaq
Nə də kipriklərimdə nəm.
Bunu indidən bilirəm.
Dostlarım, əzizlərim ağlayacaq yəqin
Düşəcək yadıma mən də,
Ağlamışam dünyaya gələndə.
Körpə gözlərimə
Dünya div göründü, - ağladım.
Əllərim bələyə büründü, ağladım.
Dedilər xorttan var,
Damdabaca var, ağladım.
Saqqalı özündən uzun qoca var ağladım.
Ağladım, səsimdən qorxdum,
Agladım özüm-özümdən qorxdum.
Agladım ayaqlarımı yerə döyə-döyə,
Agladım, bu dünyaya gəldim niyə?
Sonra qəzəbimi uda-uda,
Havadan tuta-tuta.
Qalxdım ayağa ...
Durdum; getdim ...
Yıxıldım, qalxdım, getdim ...
Ancaq bilmədim hara gedirəm ...
Arxada qaldı körpəlik illərim,
Beşik yerim, qundaq yerim ...
Arzularım tutdu əllərimdən
Bir gün tox oldum,
Bir gün qaldım ac.
Onda bildim nədir ehtiyac ...
Sinəm dolu söz oldu,
Hər kəsə deyə bilmədim.
Qürurumdan əyilmədi.
Yandım öz içimdə,
Yanan şam kimi.
Əridim gilə-gilə,
Kiçildim gilə-gilə
Öz içimə çəkildim bilə-bilə.
Şam şamdanda sönən kimi,
Bilirəm sönərəm mən də.
Qalar içimdə
Vətən həsrəti,
Təbriz həsrəti.
Nigaran gedərəm dünyadan
Əgər çəkən olmasa
Mənsiz həsrəti ... (Mən çəkən həsrəti)

13.03.2011

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
      « Əvvəlki əsər: Bənzəyir 
      » Növbəti əsər: Bir ana görmüşəm 
Əsəri oxuyanlar (112)
  Oxşar misralar:
  • besik
  • SƏMƏD VURĞUN
  • ZİYA BÜNYADOV
  • bayatılar
  • TORPAQ GÖZ YAŞIMI GÖTÜRMƏDİSƏ.
  •   Resenziyalar (8)  
    Yazdı: Rauf: 25 Aprel 2011 23:04
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    ALLAH RƏHMƏT ELƏSİN !

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: bayrami: 25 Aprel 2011 23:27
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    İnnə lilləhi va innə ileyhi raciun!
    Allah qəni-qəni rəhmət eləsin!
    Yazdı: Necmeddin: 26 Aprel 2011 10:12
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    ALLAH o dünyasını yaxşı eləsin.Allah rəhmət eləsin.

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Zemine Meherrem: 26 Aprel 2011 14:46
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 57
    Resenziyalar: 154
    Status: Şair
     
    Allah rəhmət eləsin!!! Yeri nurlu olsun........

    --------------------
    Hörmətlə: Zəminə Məhərrəm
    Yazdı: elvin mehmanli: 26 Aprel 2011 21:48
     
    Yaşayır: baki
    Əsərlərin sayı: 117
    Resenziyalar: 474
    Status: Şair
     
    allah rəəhmət eləsin yeri cənnət olsun gözəl təbə malik olan şair idi
    Yazdı: ELDAR: 26 Aprel 2011 23:01
     
    Yaşayır: Bakı şəhəri
    Əsərlərin sayı: 117
    Resenziyalar: 435
    Status: Şair
     
    ALLAH rəhm əta etsin. Cənub ədəbiyyatının o taylı-bu taylı bütöv AZƏRBAYCAN ədəbiyyatının ən görkəmli nümayəndəsi aramızdan getdi. Kişi kimi yaşadı, kişi kimi öldü..... Yeri behişt olsun. AMİN.

    --------------------
    Həsrət məhəbbəti çəkəndə dara,
    Dünya sevincindən geyəndə qara,
    ALLAHIN əmriylə hər gün Eldara,
    Fələklər ah çəkər, mələklər ağlar !
    Yazdı: sekineilyasqizi: 29 Aprel 2011 13:35
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Allah rəhmət eləsin Balaş Azəroğluna.Çox az insana qismət olan bu uzun ömür pa-
    yında acılarının,həsrətinin ömrü də uzun oldu.
    Yazdı: Saxavat: 21 Noyabr 2011 02:26
     
    Yaşayır: --
    Əsərlərin sayı: 286
    Resenziyalar: 948
    Status: Şair
     

    ALLAH ONA RƏHMƏT, BİZƏ DƏ RƏHM ETSİN!
    Alllah tərəfindən gəlmişik, Allah tərəfinə də
    qayidacağiq.
    ---------------

    ŞEİR ALLAH TƏBİDİR, VERMƏZ ONU HƏR YETƏNƏ...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az