Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: admin | 19 Oktyabr 2010 | Oxunub: 1839| Yadda saxlamaq:
18 oktyabr 2010-cu il tarixində ATV (Azad Azərbaycan) kanalında "Tənqidə dözümlüyükmü?" mövzusunda veriliş keçirildi. Əsas qonaqlar Hafiz Mirzə, İlham Tumas, Qəşəm Nəcəfzadə, Zaur Baxşəliyev, Kamilə Babayeva, və Rəqsanə oldu. Onların arasında bir çox tənqidlərin təhqir kimi yazıldığı haqda geniş müzakirələr və mübahisələr getdi. Tənqidlərin təhqirə keçməyi haqda Misra.az portalında da, bir çox mübahisələr oldu. Bunun üstündə aralarımızdan inciyib güdənlər də oldu. Buna görə də həmin movzunu bizim saytda müzakirə etmək qərarına gəldim. Verilişə baxanları və ya sadəcə bu mövzu ilə bağlı öz fikirlərini söyləmək istəyənləri, şərh yazmağa dəvət edirəm.
Yaşayır: --
Əsərlərin sayı: 61
Resenziyalar: 2480
Status: İlin şairi - 2011
Salam.Əvvəla onu bildirim ki,verlişə baxdım.Ancaq orada hər halda bir ziyalı insan kimi belə nəticə çıxartdımki,verliş heç də Tənqidə dözümlüyükmü mövzusunda deyil sadəcə özünü böyül bilici sayan,və atv kanalında falçıları çağırıb onları reklam edən Elçinin Hafiz Mirzə kimi ziyalı insandan qisas almağı idi.Bu məntiqli insana gül kimi aydın olan bir sujet xətti idi. Hafiz Mirzə isə o məlum kəlməni üstüörtülü desəydi yaxşı olardı.Ancaq dediyində həqiqət var axı.Orada sadəcə bir ağıllı insan lazım idi ki,Zaura və Elçinə sual versin ki,yaxşı bu sözün sahiblərin belə müdafiə edirsən Ay Elçin,Ay Zaur siz Rəqsanəyə bacı gözüylə baxırsız?
Qaldı ki, Tənqidə dözümlüyükmü mövzusuna tənqid insanın şərəfinə,ləyaqətinə,cəmiyyət içində nüfuzun,qeyrətinə hüquqlarına toxunmadıqca dözüləndir.
Qaldı ki,Qəşəmə bir insan ki,deyir fikirim yoxdur və sonra şeir yazır mən ona "Əli Mirəliyev" kimi baxıram.Necə ola bilər ki,deyəsən fikrim yoxdu.
P.S.sağ olun ki belə mövzunu müzakirəyə çıxarmısınız
--------------------
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
Yaşayır: Almanya
Əsərlərin sayı: 108
Resenziyalar: 1035
Status: Şair
Verilishe baxmamisham, sagolsun, Necmeddin melumat verib.
Ancag bu mövzuda onu deye bilerem ki, tenqid qebul elemek, her insanin öz etikasinnan asilidi. Choxu tenqide menfi yanashir, belke de özüne sigishdirmir, halbuki, yalan terifdense haqqli tenqid, nöqsan sahibinin inkishafina müsbet tesir gösterer. Here bir cürdü, 100 de deyilse, deyishmirik ki, deyishmirik
--------------------
Vahid, çalış ətrafını incitmə özündən Cəhd et elə söz yaz ki, o söz xalqa gərəkdir
Yaşayır: --
Əsərlərin sayı: 61
Resenziyalar: 2480
Status: İlin şairi - 2011
Rauf Biləcərli!.
Şəxsi tanışlığımız olmasa da Pərviz Arif sənin haqqında məlumat verib.Mən artıq əruz vəzni haqqında sənin biliyindən şifahi də olsa xəbərdaram.Razıyam səni tənqid etmək üçün əruzu azda olsa bilən,təfilə ,bölgü,vəzn və.s insan olmalıdır.
Mən sadəcə sənin qərarına hörmət edirəm,ancaq həm də istəyirəm ki,yenə geri dönəsən.Hər halda indi az da olsa əruz anlayanlar burada çoxluq təşkil edir.Qəzəlxan,Pərviz Arif,Tofiq Təbib,Varis və mən.
P.S.Dost burada qəzəlxan Nizami Gəncəvinin şeirlərin dərc edib baxıram xal verməyiblər.Çünki burada hər öz bilik səviyyəsində qiymət verir.
--------------------
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
Yaşayır: bakı
Əsərlərin sayı: 72
Resenziyalar: 1183
Status: Şair
Salam,hörmətli admin bəy.Sağ olun ki,belə mövzunu müzakirəyə çıxartmısız.Verilişə sonacan mən də baxdım.Bir şey xoşuma gəlmədi ki,bizdə hələ həmsöhbətini axıracan dinləmək vərdişi yoxdu,bu üzdən verilişdə fikirlər tamamlanmırdı,xaos yaranırdı.Tənqid- dən qorxmayan və sevən insanam,demokratik düşüncəliyəm.Məncə,hər kəs belə olma- lıdı.Yoxsa,bəzilərinə nəsə deyəndə,öz adıyla çağıranda az qalır hikkəsindın göyə qalx- sın.Adam heç olmazsa, pis əməli varsa,utanar,susar.İnsan beyninin zəngin informa-siyalarla yükləndiyi,eyni zamanda əxlaqın aşılandığı zaman kəsimindəyik.Var gizli günah,var aşkar günah;var kiçik günah,var böyük günah.Hamısının öz cəzası var.Amma yenə gizli günah edən başqalarına bunu aşılamır,sərgiləmir;aşıq edənsə nə qədər günahsızı,məsumu öz virusuna yoluxdurur.DƏHŞƏT BURADADI!Günahsız adam ola bilməz,baxır necə günah edir.İnsanıq,nə vaxtsa peşman oluruq etdiyimizdən.İçi- mizdə olan günahkarları biz özümüz günaha sövq etmişik mahiyyətinə varsaq.Keçim mətləbə.Hafiz Mirzə,reallıqları göstərir yazılarında.Yazısını oxuyacam mütləq,amma o QƏBİH sözünü işlədib deyilənlərə görə.Bu söz elə də vulqar ifadə sayılmır.Bir növ qəba- hət,səhv,yanlış deməkdi.Elçin Əlibəylini istedadlı,yaxşı aparıcı sanıram.Zaurun dadlı-duzlu bu verilişini hər kəs sevir.Qəşəm Nəcəfzadəni o verilişdə oxunan bir-iki şerinə görə qiymətləndirmək olmaz.Onun elə könlü,ruhu oxşayan şeirləri var ki.Təkcə AY VƏ- TƏN adlı şerlini oxumaq kifayət edər.Rəqsanənin yaxşı mahnıları var.Mən sizin fikriniz- lə razılaşmıram,Nəcməddin bəy:...Rəqsanəyə bacı gözüylə baxırsız?Baxa bilməzlərmi? Hərənin öz etikası,mədəni səviyyəsi var.Kimsə kimsəni təhqir etməməlidi.TANRIMIZ ba- ğışlayırsa,biz niyə bir-birimizi bağışlamayaq?Bunu da deyim ki,haram qazanclarla varlanan,öndə olan adamları sevmirəm.Bacarırsan özün-halal qazan,bacarmırsan sa- də yaşa.Kiminsə həyat yoldaşından,olmasa belə,qeyri-qanuni övlad dünyaya gətir-mək nəyə lazım?BAx,haramın özülü belə qoyulur.O verilişdə Elçin bəyin gənc oğlana verdiyi cavab çox yerinə düşdü:HAFİZ MİRZƏNİN YAZDIĞI O SÖZ SƏNİN ƏXLAQINI POZMAZ,AMMA GÖRDÜYÜN ƏXLAQSIZ HƏRƏKƏTLƏR POZA BİLƏR,ÇÜNKİ GƏNCSƏN, ELƏ YAŞDASAN(tam yadımda qalmayıb,belə məna verirdi)-tutarlı nəticə deyilmi mə- gər?Amma özümüzlə bərabər sözümüzə də fikir verək.Sağ olun.
Yaşayır: Bakı
Əsərlərin sayı: 56
Resenziyalar: 417
Status: Şair
Mənim fikrimcə tənqidlə təhqir bir-birindən nar gilələrini bir-birindən ayıran nazik pərdə ilə ayrılır. Məsələn bir var kimisə tənqid etdiyim zaman onun yaradıcılığını dəyərləndirib deyəm: "Səviyyəsiz şerlərdir". Biri də var ki, deyəm: "Filankəsin özü nədir ki, yazdığı nə ola". Birinci variantdə şerləri məni qane etmədiyi üçün subyektiv fikirlərimi bildirməklə tənqit etdim. İkinci variantda isə müəllifin özünü hədəfə alaraq tənqid adı ilə təhqir edirəm.
--------------------
Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
Yaşayır: --
Əsərlərin sayı: 61
Resenziyalar: 2480
Status: İlin şairi - 2011
Səkinə xanım Mən yazdığım resenziya ümumi verlişdən xəbərdar olmayan insanlara çatdırmaq niyyətilədir.Fikirlərimin isə yiyəsiyəm.Biz burada tənqidə dözümlülüyü müzakirə edirik siz deyən mövzunu deyil.Yenə təkrar edirəm
Qaldı ki, Tənqidə dözümlüyükmü mövzusuna tənqid insanın şərəfinə,ləyaqətinə,cəmiyyət içində nüfuzun,qeyrətinə hüquqlarına toxunmadıqca dözüləndir.
P.S.Ay Elçin,Ay Zaur siz Rəqsanəyə bacı gözüylə baxırsız?
Qaldı ki,Qəşəmə bir insan ki,deyir fikirim yoxdur və sonra şeir yazır mən ona "Əli Mirəliyev" kimi baxıram.Necə ola bilər ki,deyəsən fikrim yoxdu.
Bax bu fikirlərimin də yiyəsiyəm.
--------------------
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
Yaşayır: bakı
Əsərlərin sayı: 72
Resenziyalar: 1183
Status: Şair
Nəcməddin bəy,sizi qiyabi olaraq tanıyıram-ruh aləminizə görə.İntellektual səviyyənizi, istedadınızı öz yazılarınızla anladırsınız.Arif bir işarədən qanar.Sizin kimi insanlara bö- yük hörmətim var,resenziyanızı anlayışla qarşılayıram.Mən yazdığım resenziyada uzunçuluq etmişəm-bilirəm.Amma məqsədim münasibətimi açıqlamaq olub.O insan-ların görə bildiyim tərəflərini dedim,digərlərini özləri bilir.O sualısa bəlkə də haqlı verirsiz, amma bax,belə sualların sual cavabı da var.Bizim şüurumuzda "mən"dərin kök salıb. Mənimki yaxşı olsun,xalqa nə olur-olsun."Biz"ə döndərməliyik bu"mən"i,onda qalib gələ- rik Şərə.Qəşəm müəllimin də nə üçünsə həmin məsələyə fikir bildirməməyini deyəmmərəm, bildirsə,yaxşıydı.
Yaşayır: --
Əsərlərin sayı: 61
Resenziyalar: 2480
Status: İlin şairi - 2011
Səkinə xanım inanın səmimi deyirəm yazdığınız xoş sözlərin -mənimhaqqımda-on qat artığın sizin haqqınızda mən düşünürəm.Ancaq insan uman yerdən küsər deyiblər,siz orada məni hədəf seçmisiniz bilmədən.
Ancaq onu da unutmayaq ki,niyə çox söyüş söyənə-söyüşcül adam,dava salana -davakünnü adam deyirik ancaq O SAYAQ İŞ GÖRƏNLƏRƏ GÖRDÜYÜ İŞİN ADIN DEYƏNDƏ BİZ PİS OLURUQ?
P.S.Bax millət burada korlanıb pisədə-pis deyirik yaxşıyada -pis deyirik
--------------------
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.