DataLife Engine > Cəmiyyət haqqında şeirlər > Ananın faciəsi

Ananın faciəsi


3 Sentyabr 2010. : bayrami
Qızlar qanadlanıb uçub getdilər.
Oğlanlar evlənib köçüb getdilər.
"Atama-anama çəkərəm keşik"-
Deyib yurd başında qaldı sonbeşik.

Ata da dünyanı bir gün dəyişdi...
O gündən ana çox təşvişə düşdü:
Özünü əjdəha əlində gördü,
Hər cür dərd- bəlanı gəlində gördü...

Ana yerdən, göydən. havadan küsdü,
Oğuldan, gəlindən. nəvədən küsdü.
Hamıya, hər kəsə söylədi elə:
Guya ki, söyürlər, döyürlər belə!...

Oğlunu, gəlnini görən əqrəba
Söylədi: "El sizə deməz mərhəba!
Anadır, qocadır, O, müqəddəsdir,
Əzab verməyiniz daha əbəsdir!"
Haqsız danlaq, qınaq, məzəmmətvarı
Baxışlar, kəlmələr üzdü onları.

Sonbeşik də köçdü ata evindən...
Daha çox dad çəkdi ana o gündən.
Guya oğlu, qızı onu atıbdır,
Qohumun, qonşunun damında yatır..
Beşi inanmadı, onu inandı,
Yer-göy bu ananın halına yandı.

Düşdü qapılara qoca vasvası,
Beş oğul anası. üç qız anası!
Gündüzlər çörək-su dilədi, durdu;
Gecələr mənzildə tənha oturdu..

Bir gün iy götürdü qonum- qonşunu,
On günün ölüsü gördülər onu.
Oğlu, qızı, qonşu düzlənib gəldi...
Qəbri üstə yekə bir daş dikəldi...
Yazdılar məzarı üstünə onun:
"Tufu sənə, dünya, bu imiş sonun?!"