Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: mezahir | 7 Fevral 2012 | Oxunub: 110| Yadda saxlamaq:
Nəfsimə hakim olub, ruhuma sevgi qatmışam Nəfsimə hakim olub , şöhrəti , varı atmişam Oxuyub dərk eləyib, əqli - kəmala çatmışam Oldum sözün köləsi, olmadım qarına əsir Olmadım bu dünyanın şöhrəti , varına əsir
******************************************************* Yığardım var – dövlət tapsaydılar ölümə çara Olsa kəfənin cibi salardım meylimi vara Yığıb dünya malın aparardım sonda məzara Alsaydı əzrayıl rüşvət gərək olardı orda Fanidir dərk etdim dünya kimi dövlət , var da
*********************************************** Aldanma fani dünyaya fanidi hər gördüyün Öyünmə dövlətinlə əqli - kamalınla öyün Olmayıb , olmayacaq sahibi bu yerlə göyün Çalış ki , bu dünyada əqli - kəmalınla yaşa Qalsın dünyada izin ömrünü vurduqda başa
****************************************************** Çalış fani olmasın özün kimi əməlin də Əməlinlə qoy bu gün gələcəyin təməlində Səndən sonra gələn nəsillər görsün səmərində Görüb əməlinin xeyrin eyləsinlər səni yad Olsun səndən sonra gələn nəsillər sənə övlad
****************************************************** Gələndə şöhrət , var aldanma məst olma, söyünmə Aldanıb fani dünyaya ad sanınla öyünmə Fanidi dünyada hər şey zər – zibalı geyinmə Dünyada hər şeyin də əvvəli tək bir sonu var Gedər şöhrət , varın əldən olarsan səndə ki , xar
***************************************************** Vermə ömrünü bada sən hər anın qədrini bil Çatdırar insanı arzusuna ağılla səbir Ağılla , səbirlə görmək olar hər işə tədbir Olmasa səbri hər kəs səni cahil biləcəkdir Vay o günə kamil insana cahil gükəcəkdir