Bir mandat var “vakantnı”, ortalıqda, Kim qapacaq sirri qalıb xalıqda. Bu xalq gözün döyür “çalıq-valıq”da, Ümidini adamlara bağlama, Məmurların köməyinə arxalan, “Ağlama, ceyran balası, ağlama”...
Çirmanıbsan başçı düşüb ortaya, MSK-da şikayətlər bir taya. Yada düşmür mentalitet, ar-həya, “Vətən” deyib ürəkləri dağlama, Məqam tapıb, əcəb yada salmısan, “Ağlama, ceyran balası, ağlama”...
Haqqi, səsı, mənliyi tapdananda Bu xalq haçan görüb sənı yanında. Belə getsə ac çapacaq qılınca Son qoyacaq “demokratiya nağılı”na, Bəsdi, çəkdin əsəblərı tarıma, “Ağlama, ceyran balası, ağlama”...
“Xoş günlər”dən deyib dadlı-damaqlı, Ötür neçə əqidəsı yamaqlı. Çeçki deyər, sən haqlısan, mən haqlı, Seçilməsən qurma yası, ağlama. Timsahların göz yaşı da hiylədir, “Ağlama, ceyran balası, ağlama”...
Yetər daha xəbıslərin kələyi, Haqqı sevən azad seçki diləyir. Oyundadır Azərbaycan taleyi, “Haqq” deyıbən saxta coşub-çağlama. Kəsmə yolu Qubadlıya, Ağdama, “Ağlama, ceyran balası, ağlama, Gedər gözlərin qarası, ağlama!..” ----------------------------------- Müəllif: Rafiq MƏMMƏD
Çap etmək
|