Mirzə, içi qiybət , böhtan dolu fitnələrik biz Görüb əməlimizi çaşıb, həm mat qalıb iblis Qəlbimizə hakim olub şər , böhtan bir də ki , pis Bizləri biz de, bəs nə zaman görəsən anlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq
************************************************************* Olub qul pula , vara , şöhrətə insanlığımız Olub sahib kinə , həm nifrətə insanlığımız Başlayıbdı iblisə xidmətə insanlığımız Çıxmışıq insanlıqdan , insan yeyən yamyamlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq
************************************************************* Qiybətlə qarışqanı böyüdüb eyləyərik fil O qədər boş boğazıq ki , saxlamır hulqumumuz sirr Danışır şəri , böhtanı danışmır , doğrunu dil Düzü deyən hər kəsi təhqir edər , danlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq
************************************************************* Kim bizə atsa sümük, biz ona quyruq bularıq Əmr etsə qapısında keşik çəkər , ularıq Düşərik önünə yolu süpürərik , sularıq Düzü əyri , əyrisi əyri , əyri vicdanlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq ********************************************* Üzə gülüb , arxada min fitnə fəsat qurarıq Dostu ,düşməni fürsət düşdükdə arxadan vurarıq Xəyanət var olan yerdə iblisdən öndə varıq Bir – birimizin adına şər , böhtan ünvanlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq
******************************************************** Millətlər edir elmi , hünəri ilə tərəqqi Edir zəhmətiylə , alnının təri ilə tərəqqi Müsalman edir böhtanı , şəri ilə tərəqqi Biz də , belə tərəqqiyə fədayı qurbanlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq
********************************************************* Siyasətdən danışırıq güya nəsə bilirik Kamil , elimli insanlara qəh - qəh çəkib gülürük Çobanın iti kimi dörd bir tərəfə hürürük Bir illik beçə kimi vaxtlı – vaxtsız hey banlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq
******************************************************** Biz önə keçənə nəfis atar , nəzər edərik Tamahı sonsuz, nəfsi , gözü , ac bədnəzərik Dua ,cadı , fal baxdırmaq üçün molla gəzərik Biz belə inamı , imanı pak müsəlmanlarıq Söhbəti qiybət , sözü də şər dolu insanlarıq
Çap etmək
|