Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Mən demişəm, sən də de. » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Mən demişəm, sən də de.

Müəllif: sefer | 4 Fevral 2012 | Oxunub: 127| Yadda saxlamaq:
Tükənməzdir məhəbbətin sevdası
Sağalmayır heç vaxt sözün yarası
Nəyə lazım dünya malı, parası?
Dünya fani, mən demişəm, sən də de.

Dağlar uca ormanları yaşılsa,
Gözəlləri görsə, könül alışsa,
Vüsal üçün əgər bu can çarpışsa,
Bəlkə çata, mən demişəm, sən də de.

Uysa əgər könül fələk felinə,
Ya nakəsin şirin şəkər dilinə,
Düşəcəksə insan yalan selinə,
Batacaqdır, mən demişəm, sən də de.

Xəyanətin min adı var, əməl bir,
Xain kimdir, söyləginən birbəbir,
Bu dünyada bizə qalan tək səbir,
Ya allahım, mən demişəm, sən də de.

Bağ bağçanda gül çiçəklər bitirsə,
Dost sirdaşı il ötdükcə itirsə,
Payız çagı ağac yarpaq tökürsə,
Ömür solar, mən demişəm, sən də de.

Bel bağlama biilqara, nadana,
Sən sadiq ol öz sevdalı yarına,
Uyma insan bu dünyanın malına,
Köçəcəksən, mən demişəm, sən də de.

Dost sirdaşım ətrafımda yox artıq,
Sədaqədən satlıq mallar yaratdıq,
Insan idik, insanlıqdan utandıq,
Nədən oldu? mən demişəm, sən də de.

Sən ucasan ucalığı görən yox,
Gözlər kordur zəri görər ,dağı yox
Zaman belə, bağbanların bağı yox,
Bağ dağ olur, mən demişəm sən də de.

Can rahatsa, ruhsa əzab çəkirsə,
Fələk bütün ümüdləri kəsirsə,
Səfər bir gün bu zamana dəyişsə,
Inanmazam, mən demişəm, sən də de.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
      « Əvvəlki əsər: Yandım 
      » Növbəti əsər: QUDURMUŞ İNSAN 
Əsəri oxuyanlar (44)
  Oxşar misralar:
  • Ruslan Novres - 08.08.2011
  • De gəlsin
  • Mən ölüm bir qulaq as.
  • Gecələr
  • Səndən ümidimi üzməmişəm mən
  •   Resenziyalar (10)  
    Yazdı: QABIL EDALET: 4 Fevral 2012 01:02
     
    Yaşayır: .........................
    Əsərlərin sayı: 78
    Resenziyalar: 666
    Status: Şair
     
    Salam Səfər bəy şeriniz gözəl ona söz yox.
    Səfər bəy görəsən bu haqsızlığın sonu necə olacaq, biz bu haqsızlıqkla hara qədər gedəcəyik.Bu yolla biz QARABAĞI ala biləcəuik? Yox Vallah nə isə... amma bircə onu bilirəm ki, hər şey yaxşı olcaq.Bir az səbirli olum gərək.

    --------------------
    Qabil Ədalet
    Yazdı: sefer: 4 Fevral 2012 01:10
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    İnsan ümidini itirirsə artıq hər şeyi itirir.
    Yazdı: ilashka: 4 Fevral 2012 02:41
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Sağalmayır heç vaxt sözün yarası

    Sefer, birce bu misra var ha, neye desen deyer. Ele gozel, ele duz kelmedir ki. Soz yarasi hec vaxt sagalmaz... Unutmaq istesen bele yaddan cixib getmez...

    5 ulduz, ugurlar!
    Yazdı: sefer: 4 Fevral 2012 02:47
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    Sağ ol İlhamə. Tanrı sənin ürəyini yalnız xoş sözlərə nişan etsin.
    Yazdı: AYDIN AY: 4 Fevral 2012 14:31
     
    Yaşayır: --
    Əsərlərin sayı: 12
    Resenziyalar: 80
    Status: Şair
     
    Can rahatsa,ruhsa ezab cekirse... cox gozel,beyenilmeli seirdir...tesekkur edirik
    Yazdı: Aygun Rehimli: 4 Fevral 2012 15:04
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    səfər, sənin dediyini mənim də, deməm üçün bu şeirin bəzi yerlərinə düzəliş gərəkdir.

    amma dünyanın faniliyindən danışırsan sa, mən o haqda yazmışam.
    fikirlərin gözəldir, qafiyə məsələsinə də, fikir ver.inanıəram inciməzsən, axı mən sən dediyindən incimirəm, və çoxun dəyişdirirəm.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: Samir Qara: 4 Fevral 2012 15:15
     
    Yaşayır: özümdən uzaqlarda mənimə yaxın bir yerdə
    Əsərlərin sayı: 43
    Resenziyalar: 882
    Status: Azad yazar
     
    Dunya min hoqqadan cixsa dinmerik
    Ozgenin atina hec vaxt minmerik
    Yurdu biz doyuwsuz ala bilmerik
    Duzmu dedim?men demiwem sende de...

    --------------------
    Mənim yazdıqlarım şeir deyil...Ürək sözlərim və ağrılardı...
    Yazdı: sefer: 4 Fevral 2012 15:27
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    SALAM SAMİR.XOŞ GÖRDÜK SƏNİ.

    RAST GƏLSƏKDƏ MİN BİR DƏRDƏ ƏLƏMƏ,
    BU DÜNYADAN SƏN MƏRHƏMƏT DİLƏMƏ,
    SARILMALI HƏM QILINC, HƏM QƏLƏMƏ
    FƏRMAN GƏLƏ,MƏN DEMİŞƏM, SƏN DƏ DE.




    AY XANIM.OXUDUGUNUZA, RƏYİNİZƏ GÖRƏ SİZƏ TƏŞƏKKÜR EDİRƏM,HƏM CANINIZ HƏM DƏ RUHUNUZ ƏZABLARDAN UZAQ OLSUN.


    SAG OLUN AYGÜN XANIM.RƏYİNİZƏ,MƏSLƏHƏTLƏRİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM,GÜCÜM ÇATAN SƏVİYYƏDƏ ÇALIŞARAM DÜZƏLDİM,

    HAMINIZA UGURLAR DİLƏRƏM.
    Yazdı: Samir Qara: 4 Fevral 2012 15:35
     
    Yaşayır: özümdən uzaqlarda mənimə yaxın bir yerdə
    Əsərlərin sayı: 43
    Resenziyalar: 882
    Status: Azad yazar
     
    Salam...xow gununu gorum...


    Gozleme ki,ne vaxtsa elan gele
    Bu gediwle derdlere derman gele
    Mubariz gozlemedi ferman gele
    Cihad,cihad men demiwem sende de...

    --------------------
    Mənim yazdıqlarım şeir deyil...Ürək sözlərim və ağrılardı...
    Yazdı: sefer: 4 Fevral 2012 15:45
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    BIR BARMAQDAN YUMRUQ OLMAZ BILGINƏN,
    PALAZA BÜRÜN SƏN ELNƏN SÜRÜNGÜNƏN,
    MÜBARİZLƏR RUHUNA AND İÇGİNƏN,
    MİLLƏT BİR OLA, MƏN DEMİŞƏM, SƏN DƏ DE
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az