Minillikdən yoxdur əsər, Yazıq olubdur zəmanə. Keçinir güclə, birtəhər, Yazıq olubdur zəmanə.
Nə həya var, nə də abır, Namusunu pula satır. Olmuşuq, Vallah biabır, Yazıq olubdur zəmanə
Hörmət yoxdur ağsaqqala, Hökm edir kiçik az qala. Düşmüşük görün nə hala, Yazıq olubur zəmanə.
Deyən yoxdur doğru sözü, Kor olubdur haqqın gözü. Puç edir insanı özü, Yazıq olubdur zəmanə.
Hörməti var , olsa pulu, Haqqa tərəf azıb yolu. Uçurumdu sağı-solu, Yazıq olubdur zəmanə.
Yaradana yoxdur inam , Falçıya edilir güman. Nə günlərə qalıb insan, Yazıq olubdur zəmanə.
Həccə gedib ad qazanıb, Yalandan hicab dolayıb. Dinimizi nə günə salıb, Yazıq olubdur zəmanə.
Qabil yazdı təsəllsin, İbrət oldu ola bilsin. Qınayanlar qoy qınasın, Yazıq olubdur zəmanə.
Çap etmək
|