Q.N.Əliyevin əziz xatirəsinə (bir parça)
Nə yaxşı cahanda yaxşılar varmış ! Saflar şərə qənim, xeyirə yarmış ! Dünya, bu insanlar nə bəxtiyarmış, Qoynunda Qulamtək ərlər yaşarmış!
İdeal adamdı şəxsiyyətilə, Hamıya ibrətdi ləyaqətilə, Mehriban rəftarı, hərəkətilə, Xeyirxah işləri, səxavətilə !
Oxşardı payızı bahar yerinə, Bir gün qoydu bizi naçar yerinə, Asdı vüqarını dağlar yerinə, İşlə vidalaşdı həmkar yerinə.
Qərib yerdə xəstə yatan həmkara "Dar günüdür"- deyib yollardı para. İsti yuva edib dost - tanışlara Evi döndərərdi toya - mağara...
Əyilməz, alçalmaz, xırdalanmazdı, Qıraqda, bucaqda qurdalanmazdı, Artıqla, haramla qidalanmazdı, Kölgədə, qoltuqda daldalanmazdı..
Dərs otağı ona döyüş meydanı, Hər dərsi kamil bir vuruş planı ! Hər tələbə əsgər, söz qəhrəmanı ! Özü bir sərkərdə, söz atamanı !..
Çap etmək
|