Sənsən,hər arzumun ünvanı,adı. Sənsən,şəkərimin,balımın dadı. Çox arzulamışdım,sən tək övladı, Tanrımın payısan,ay gözəl qızım.
Səni qoxlayanda,inciməsin gül. Xoş gəlsin taleyin,ömrün boyu gül. Səndən dəyərlisi,yoxdu mənə bil. Sənsən ən qiymətlim, ay gözəl qızım.
Gündə min yol soyunub geyinməyin, Hərdən öz-özünə,gileylənməyin. Bircə dəfə,ürəkdən sevinməyin, Min dünyaya dəyər, ay gözəl qızım.
Bəzənib özünə,tumar verəndə, Ananın ayaqqabısın geyəndə, Biıdiyi şeiri baş-ayaq deyəndə, Necə gülməlisən,ay gözəl qızım.
Ağıllıdı,gözəldi,mehribandı, Ürəyi yumşaqdı,kövrək fidandı, Qıvrım tellərinə,aləm heyrandı. Böyü,bəxtəvər ol, ay gözəl qızım.
Hamı bir yanadır,Məhtab bir yana. Öpə-öpə oyadırıq,oyana. Özün kimi,o balaca dünyana, Özüm qurban olum,ay gözəl qızım.
Çap etmək
|