Uşaq olam kaş bircə gün, Beşik ala atam yenə. Nənəm, babam nağıl deyə, Mən başımı qatam yenə.
Tez-tez öpəm mən dayımı, Alam ondan öz payımı, Tuta-tuta çarpayını, İlk addımı atam yenə.
Baxam göydə uçan quşa, Nişan alıb tutam daşa, Bircə dənə tərs baxışa, Qaşlarımı çatam yenə.
Anam yorğan, döşək sala, Paltarım ağ bələk ola, Həzin-həzin layla çala, Mışıl-mışıl yatam yenə.
Xətrimə dəyməyə dədəm, Baş götürüb evdən gedəm, Nə istəsəm əldə edəm, Öz arzuma çatam yenə.
Anam məni döyən kimi, Evə dava qatam yenə. Atam işdən qayıdanda, Beş qəpiyə satam yenə.
Müəllif: Roma XOSROV
Çap etmək
|