Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Yaşayır: bakı
Əsərlərin sayı: 72
Resenziyalar: 1183
Status: Şair
Maraqlı,dili yüyrək,uşaqlar üçün tərbiyəvi xarakter daşıyacaq mənayüklü lirik əsərdir. Bizlərə belə ideyalı bədii əsərlər də çox lazımdı,az yazılır.Bəzən cümlələr düz qurulmur. Məsələn,TƏNƏ ALMIŞDI,OYUNCAQ QƏLBİNİN QƏMİN AZALTDI.Birinci bənddə SAÇAR, AÇAR-indiki zamanda olmalı.Konkret yazmağa çalışın.Uğurlar.
Yaşayır: Bakı
Əsərlərin sayı: 56
Resenziyalar: 417
Status: Şair
Sevinc xanım, sekineilyasqizi ilə razıyamki, məna yükü çox olan gözəl şerdir. Sənə də təşəkkür düşür ki, körpələri yada salmısan. Ancaq incimə şerin bir neçə bəndi var ki, misrasında azxıcılıq itib.
Məsələn, Yaman incidirsən sən o dovşanı, Ağızı,qulağı yerində deyil. Yeyə də bilmirdi kökü,yovşanı O sala bilməz ki küsdüyünə meyl. sonuncu misraya diqqət et.
“Mənim dovşanımı Turan götürüb”-, Pərvanə hirs ilə hökmünü verdi. Sonra da gizlicə evə ötürüb, Ora dovşanımın itdiyi yerdir. bu məndəisə sonuncu misrada məna anlaşılmır.
--------------------
Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Süjeti, personajları, fabulası olan kişik poemadır. Çox gözəl də ideyası və ibrətli sonluğu var. Bu cəhətdən şeir-poemanın tərbiyəvi əhəmiyyəti böyükdür.
Yaşayır: --
Əsərlərin sayı: 70
Resenziyalar: 112
Status: Şair
Salam.Sözün düzü gözləməzdim ki belə yaxşı qarşılanar.Uşaqları çox sevirəm.Bu şeiri də xəyali nəvəmə yazmışam. Səkinə xanım,Tənə almaq.yəni danlanmaqdır.Oyuncağına yenidən qovuşan uşağın qəlbinin qəmi azalır,sevinir.Məhərrəm bəy,incidildiyi üçün dovşan Pərvanəyə meyl salmır. Ora dovşanımın itdiyi yerdir-O ev dovşanımın itdiyi yerdir.ola bilər.sadəcə bir sözü iki dəfə işlətmək istəmədim. Sizə təşəkkürlər....