Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: ELDAR | 24 Noyabr 2010 | Oxunub: 510| Yadda saxlamaq:
Olmuşdu "çaşka-lojka", Bir filiylə qarışqa. Günaha batmışdılar, Həbsdə yatmışdılar. Gəzirdilər biçarə, Dərdlərinə yox çarə. Qarışqa dedi:-"Ay fil, Qaçmaq üçün bir tədbir". Usanmışam həyatdan, Qaçaq bu qazamatdan. Fil dedi:--"Gümanım var, Əntiqə planım var ! Dostum, demə naçarıq, Biz bu gecə qaçarıq !" Qandalların açdılar, Kameradan qaçdılar. Düşən zaman həyətə, Fildən gəldi bir xətər. O, toxundu məftilə, Siqnallar gəldi dilə. Yandı bütün işıqlar, Səs yayıldı:-"Qaçan var !" Qarışqa dedi filə, -"Ay dostum, əyil belə. Görüb tutarlar məni, Həbsə atarlar məni". Fil dedi:-"Düz deyirsən ! Ağıllı söz deyirsən ! Başıma düşəydi daş, Səndən mənə nə yoldaş !? Bir bunun sözünə bax ! Sən nəhəngsən, mən axmaq !?"
Yaşayır: Bakı şəhəri
Əsərlərin sayı: 117
Resenziyalar: 435
Status: Şair
Əziz dostlar,son 2 ildə ilk şeirimdir... Arzu edirəm ki, hamınız fillərlə dostluq edəsiniz, qarışqalarla yox və inamla sonda inamla deyə biləsiniz - FİLLƏR MƏNİM DOSTUMDUR !!! Rəylərinizi gözləyirəm.
--------------------
Həsrət məhəbbəti çəkəndə dara, Dünya sevincindən geyəndə qara, ALLAHIN əmriylə hər gün Eldara, Fələklər ah çəkər, mələklər ağlar !
Yaşayır: город Баку
Əsərlərin sayı: 4
Resenziyalar: 101
Status: Şair
Cox menali ve gulmeli sheir alindi Ancaq mene ele gelir ki, derc etmeye bir az telesdiz - sheirin ustunde ishleyib onu daha da maraqli yazmaq olardi. Misal ucun onlarin sadece qandallari acib kameradan qacmaqlari o qeder de maraqli deyil axi! Yaza bilerdiz ki, fil qirdi qandallari sindirib qifillari ve s. Onda aydin olardi ki, butun isi fil gordu.
--------------------
____________________________________ Könlümü almaq çətindi... sındırmaq asan.