DataLife Engine > Bayatı > Bayatılar
Bayatılar29 Avqust 2010. : sekineilyasqizi |
|
Ocağına baxsan yaxşı,
Halalca loxman yaxşı, Özgənin sarayından Özünün daxman yaxşı. Səbrim yoruldu,neynim, Çox çətin yoldu,neynim, Yar məni yolda qoydu, Müxənnət oldu,neynim? Əzizinəm,yad üstə, Salma dava yad üstə, Pisə adətdi,alar Arvadı arvad üstə. Bazarda nar satılar, Hər cürə bar satılar, Təzə gələndə çox vaxt Köhnə çölə atılar. Dağlardan sis gözlənər, Sobadan his gözlənər, Yaxşıdan yaxşı əməl, Pisdən də pis gözlənər. Çeşmədə balıq olmaz, Yaxşı analıq olmaz, Qazanc haramsa,bir gün Evdə urvalıq olmaz. Buğda unu çatmadı, Cad çörəyin yapmadı, Yaxşını bəyənmədi, Axır pisi tapmadı. Hərə bir dövran sürər, Hərə bir cürə ölər, Başı gora titrəyə, Bicdən bic əməl törər. |