Əzizim,dola gözüm, Ağlayam,dola gözüm. Bu taleyi çəkəndən, Dikilib,yola gözüm.
Əzizim,can içində. Can verən,can içində. Yaxşılar gül,çiçəyin, Zalımlar,qan içində.
Aşıq Qarabağlıyam, Buza,qara bağlıyam. Gedəm düşmən elinə, Matəm,qara bağlayam.
Mən aşiq,dilim-dilim, Dorandım,dilim-dilim. Qarabağ dedi,yandı, Yurd üçün,elsiz elim.
Əzizim,yaşım axdı. Ağladım,yaşım axdı. Vətən harda,mən harda, Bu necə yaşamaqdı?!
Mən aşiq,alan olsun, Yadına,salan olsun. Insan ol,son günündə, Qeydinə,qalan olsun.
Çap etmək
|