Əzizim, qala bizə, Arxadır qala bizə. Əvvəlini görmədik,- Axırı qala bizə.
Əzizim, bələ məni, Körpətək bələ məni. Bir qara gözlü xanım Salıb bu hala məni.
Əzizinəm, dərinə, Yara işlər dərinə. Fələk adımı salıb- Bəxtsizlər dəftərinə.
Əzizim, bəla məni, Tutubdur bəla məni. Sirrim var -söyləmərəm. Gəl az qurdala məni.
Əzizim, həkimə nə, Sağlamdan həkimə nə? Əzraili neynirəm, Bəsdir evdəki mənə ---------------------------- NƏHMƏT-{QOCA ŞAİR}
Çap etmək
|