Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Bayatılar » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Bayatılar

Müəllif: sekineilyasqizi | 30 Noyabr 2010 | Oxunub: 553| Yadda saxlamaq:
Yaxşı gözə gələndi,
Yaman sözə gələndi,
Yolu bulmağa nə var,
Arif izi bulandı.

Qış olmayan yazmı var,
Kül olmayan közmü var,
Gülü ağı söyləyər,-
Bülbül yox,pərvazmı var.

Baş qatıram yaşa, gəl,
Yaş qatıram yaşa,gəl,
Nə yurdam,nə yurdçuyam,
Mənə öyrət peşə,gəl.

Xeyirlə şər birdimi,
Bülbüllə sar birdimi,
Yerdə zülmət,göydə nur,-
Göy ilə yer birdimi?

Gur sellər çaylıq olar,
Hər təndə taylıq olar,
Yardan ayrılan yara
Sevgisi yaylıq olar.

Əzizinəm oxşadım,
Sığalsızı oxşadım,
Başıma duman gəldi,
Dağınamı oxşadım?

Xali torpaq dən istər,
Bitki,ya insan-istər,
Qürbət eldə can verən
Ömür yox,Vətən istər.

Yıxılıb mərdim,neynim,
Qalam,həm sərtim,neynim,
Göz yaşım qurumayır,
Suludu dərdim,neynim.

Əzizinəm,ağlama,
Yox qədərə ağlama,
Yaşın könlümə axır,
Ağladırsan,ağlama.

Yolu bilənə yol ver,
Yoldaş olana yol ver,
Sözün də öz yolu var,
Haqdan gələnə yol ver.

Namərd mərd sevir,oğlan,
Bayquş yurd sevir,oğlan,
Ayıra bilərsənmi?-
Məni dərd sevir,oğlan.

Gül qaldı,tikan dərdim,
Bağrım oldu qan,dərdim,
Yaman yamanlıq etdim,
Yamana könül verdim.

Əziznəm,başdadı,
Başdaşı da başdadı,
Əzrayılın gözündə
Hamı eyni yaşdadı.

Həsrətdən talandım,gəl,
Külündən qalandım,gəl,
Sən yansan sönərəm tək,
Günaha bulandım,gəl.




   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 7)
      « Əvvəlki əsər: *** 
      » Növbəti əsər: СОН 
Əsəri oxuyanlar (188)
  Oxşar misralar:
  • Ağlama,nə olar ağlama
  • Nə edim mən,neynim?
  • Mən səni sevirəm, səni sevirəm
  • Yaradı(cığalı təcnis)
  • Istar
  •   Resenziyalar (6)  
    Yazdı: Meherrem AGALAROGLU: 30 Noyabr 2010 22:16
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    Səkinə xanım sağ olun ki, xalqımızın yazılı və şifahi ədəbiyyatının nümunələrini, incilərini yada salaraq siz də yazırsınız.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: SEVİNC: 1 Dekabr 2010 04:42
     
    Yaşayır: --
    Əsərlərin sayı: 70
    Resenziyalar: 112
    Status: Şair
     
    Salam.Bayatıları mən də sevirəm.Kiçik bir bəndə dünya boyda kədəri sığışdırmaq olur.Çox sağ olun,Səkinə xanım.Qələminizə qüvvət.
    Yazdı: Necmeddin: 1 Dekabr 2010 09:30
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Bayatı bizim qədimdən olan mirasımızdır.Bunu yaşadanlara eşq olsun.Səkinə xanın inşallah daha yaxşıların da yazarsınız.

    P.S.Uğurlar arzu edirəm.

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: bayrami: 3 Dekabr 2010 17:24
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Bu bayatıları mən də sevə-sevə oxudum.Deyən dilin, yazan əlin var olsun! Arzum budur ki, cinas qafiyələrin bol olsun.Dilin zənginliyini ortaya qoyasan.
    Bir də istəyirəm, biləsən ki, "Əzizinəm", "Əziziyəm" sözü ilə başlayan bayatılar Əzizi adlı bir şairin deyimləridir. Haqqın var, Səkinə adı ilə başlayan bayatılar yazasan, nəinki başqalarını təbliğ və təkrar edəsən.
    Yazdı: sekineilyasqizi: 5 Dekabr 2010 06:59
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Sağ olun rəyinizə görə,Bayrami bəy.Siz də mənim kimi aşıq poeziyasına böyük maraq,
    göstərən,sevən şəxssiniz.Məsləhətinizə əməl edərəm.Təklifim budur ki,yazarlarımız bir
    neçə gün də aşıq poeziyasına müraciət etsinlər,təcnis,bayatı və s.dərc etsinlər.Bu
    klassik poeziyaya yeni rənglər,ahənglər qatılmalıdır,solub gedir.İnandırım sizi,adamın
    poetik təfəkkürünün inkişafına da xeyir gətirir belə şeirlər.
    Yazdı: sekineilyasqizi: 29 Dekabr 2010 16:03
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Rəyinizə görə təşəkkür edirəm,Sevinc xanım,Məhərrəm bəy,Nəcməddin bəy.Milli ir-
    simizi qorumaq və inkişaf etdirmək hər yazarın borcudu.Birinci yerdə MİLLİ OLANLAR
    durur.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az