Mündəricat
Bu ayın ən fəal şairləri
Məşhur əsərlər
Müəllif:
Aygun Rehimli
Əsər:
YUXUM
Oxunub: 125 | Resenziyalar: 11
___________________________
Müəllif:
Aygun Rehimli
Əsər:
DEDİM - DEDİ
Oxunub: 123 | Resenziyalar: 13
___________________________
Müəllif:
Axundi
Əsər:
Mən...
Oxunub: 83 | Resenziyalar: 9
___________________________
Müəllif:
Axundi
Əsər:
Qayıtmadın...
Oxunub: 53 | Resenziyalar: 8
___________________________
Müəllif:
Aygun Rehimli
Əsər:
Dəli olmuşam
Oxunub: 109 | Resenziyalar: 3
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Son resenziyalar
Hədiyyələr
Shop.az
Ödənişli xidmətlər
Sənət dostlarım
Bayatılar
Müəllif: sekineilyasqizi | 29 Avqust 2010 | Oxunub: 400| Yadda saxlamaq:
Ocağına baxsan yaxşı, Halalca loxman yaxşı, Özgənin sarayından Özünün daxman yaxşı. Səbrim yoruldu,neynim, Çox çətin yoldu,neynim, Yar məni yolda qoydu, Müxənnət oldu,neynim? Əzizinəm,yad üstə, Salma dava yad üstə, Pisə adətdi,alar Arvadı arvad üstə. Bazarda nar satılar, Hər cürə bar satılar, Təzə gələndə çox vaxt Köhnə çölə atılar. Dağlardan sis gözlənər, Sobadan his gözlənər, Yaxşıdan yaxşı əməl, Pisdən də pis gözlənər. Çeşmədə balıq olmaz, Yaxşı analıq olmaz, Qazanc haramsa,bir gün Evdə urvalıq olmaz. Buğda unu çatmadı, Cad çörəyin yapmadı, Yaxşını bəyənmədi, Axır pisi tapmadı. Hərə bir dövran sürər, Hərə bir cürə ölər, Başı gora titrəyə, Bicdən bic əməl törər.
Çap etmək
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
« Əvvəlki əsər: Yaz ay az(dodaqdəyməz)
» Növbəti əsər: Yaradı(cığalı təcnis)
Əsəri oxuyanlar (85)
Oxşar misralar: AĞRIYIR Daha neynim, qoca, sənçün? Olmaz... Bayatılar Nə yaxşı görüşdük, nə yaxşı yenə (Ənvər Rza )
Yazdı: bayrami :
31 Avqust 2010 13:40
Yaşayır: --
Əsərlərin sayı: 152
Resenziyalar: 1474
Status: Şair
Yaxşı bayatı çəkməyin varmış. Əhsən! P.S. Son 2 bəndin yenidən işlənməyə ehtiyacı var.Texniki cəhətdən qüsurludur.
Yaşayır: bakı
Əsərlərin sayı: 70
Resenziyalar: 1178
Status: Şair
Sağ olun,Bayrami bəy.Dediyinizi edərəm.Bayatılar da,dediyim kimi,ilk kitabımdandır. Bu şerləri dərc etməkdə məqsədim odur ki,aşıq yaradıcılığına az müraciət olunur.Mə- nasız sevgi şerləriylə,ağılarla iş bitmir.Oxusunlar gənclərimiz təcnisləri,bayatıla-rı,gəraylıları və sairələri də. Sağ olun,İlham bəy.Bu sözün mənası:sis,yəni duman-çən.
Yaşayır: --
Əsərlərin sayı: 50
Resenziyalar: 2248
Status: İlin şairi - 2011
Çeşmədə balıq olmaz, Yaxşı analıq olmaz, Qazanc haramsa,bir gün Evdə urvalıq olmaz. Bu bənd məni çox tutdu
--------------------
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
Yaşayır: bakı
Əsərlərin sayı: 70
Resenziyalar: 1178
Status: Şair
Təşəkkür edirəm,Nəcməddin bəy.Bayatılar şeriyyətimizin əlifbasıdı,mənə görə.
Yaşayır: Bakı
Əsərlərin sayı: 56
Resenziyalar: 417
Status: Şair
Mən aşiqəm oduna, Sən bax odun oduna Qoyunlar qaz yandırır Çoban həsrət oduna.
--------------------
Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
Yaşayır: bakı
Əsərlərin sayı: 70
Resenziyalar: 1178
Status: Şair
Rəyinizə görə təşəkkür edirəm,Məhərrəm bəy.Sizin çəkdiyiniz bayatı da maraqlı,mə- nalıdır.İncə yumorla bəzənib.
Yaşayır: bakı
Əsərlərin sayı: 70
Resenziyalar: 1178
Status: Şair
Sağ olun diqqətinizə görə,İlham bəy.Çox məntiqli,mənalı bayatıdır.
Yaşayır: Almanya
Əsərlərin sayı: 107
Resenziyalar: 1004
Status: Şair
Sagolun Sekine xanim, yaxshi yazmisiniz. Bayati yazmaq chetindi, en azinnan men yaxshi bayati yaza bilmirem :(
--------------------
Vahid, çalış ətrafını incitmə özündən Cəhd et elə söz yaz ki, o söz xalqa gərəkdir
Məlumat
"Qonaq " kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................
« Fevral 2012 » 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29