Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Bir fotoqrafın gündəliyindən... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Bir fotoqrafın gündəliyindən...

Müəllif: Axundi | 20 Fevral 2012 | Oxunub: 171| Yadda saxlamaq:
Saatın zəngi...

Bugün nədənsə gözlərimi açanda ətrafımda həmişəkindən nikbin bir təəssurat yarandı. Pəncərəmdən gözümə zillənən günəş şualarında da sanki bugün bir qəribəlik var idi...Bir cəhdlə qalxdım yatağımdan. Güzgünün önünə keçdim...üzümə baxdım...dağılmış saçlarıma ehmalca əl gəzdirdim. Birdən güzgüdən dolabın üstündə toz basmış fotoaparatım gözümə sataşdı...götürdüm, tozunu aldım (bir müddət sığallayıb, əzizlədim hətta) və qərar verdim ki, bugün işimi (həmişə istifadə etdiyim fotoaparatla deyil) bu aparatla "yola verəcəyəm"...

...soyuq bir duş...səhər yeməyi...

Düşdüm həyətə, biraz var-gəl etdim...yola düzəldim...yolum qəbristanın yanından düşüncə içəri keçib, əvvəllər qonşuluğumda yaşayan mehriban, nurani bir qocanın qəbrini ziyarət etdim...

...dəqiqələr necə də amansız keçir, artıq şər qarışır, axşam olur, yenə həmişəki peşəm üzrə toy məclisi üçün fotoaparatımı tənzimləyirəm...Məclis başladı...yenə bu səslər!!! Çəngəl və bıçaqların qab-qacaqlarla təmasda yaratdığı cingiltinin boğduğu zəif insan səsləri...qulaqlarımın pərdələrində həbs olunan eyni musiqi sədaları...Budur, bəylə gəlin salona daxil olur, izdiham alqışlamaqda, mənsə elə kor-korana şəkillər çəkməkdə, aman Allah! Bugün mənə nə olub görəsən?! Əlim əsir, mən ki bu işin peşəkarıyam...Nəisə...özümü ələ almalıyam...

Toyun yaxşı vaxtıdır, kimi yeyib-içməkdə, kimi deyib-gülməkdə, kimi oynamaqda...mən də nəhayət bayaqdan bəri əsiri olduğum həyəcanımı boğub sərbəstliyimi qaytardım, şükür! Nədənsə, bugün həmişəkindən fərqli olaraq hamı (şəkil çəkdirməyə) məni səsləyir stolunun başına. Pis deyil, bugünə qazancım yaxşı olacaq deyəsən...

Toyun sonu yaxınlaşır, hamı yorulub, indi ara-sıra "eyyy fotoqraf!" səslərini eşidib səs gələn tərəfə qaçıram...

Son dəqiqələr...kimsə mənə yaxınlaşıb dedi ki, bəylə gəlin şəkil çəkdirmək üçün səni çağırırlar...Duruxdum, toy başlayandan bəri mən hələ bəy-gəlin masasına tərəf getməmişəm. (axı o tərəfdə çəkilən şəkillərə görə "zəhmət haqqı" daha yüksək olur)...qaçaraq getdim, vaxt itirmədən, aparatı bəylə gəlinə tuşladım, aman Allah! Görüntüdə nələr görürəm?! Bu xanımın gözləri necə də tanış!!! Bu "O"dur! O da məni tanıdı deyəsən, onun baxışları ştativdən elə sürətlə keçib gözlərimə daxil olur ki...o mənə nə demək istəyir hə? Susmuş dodaqlarını yeyərək, parlaq gözləri ilə danışır sanki mənimlə...Dayan dayan! O mənə "Ad günün mübarək!"mi dedi? İlahi, axı bugün mənim adgünümdür...Aha, deyəsən başqa nəsə də demək istəyir...
O (parlaq gözlərini dilə gətirərək): "Qəşəng fotoaparatın var, sağlığına qismət, aha bahalı markadı, görünür işinə hörmətlə yanaşanlardansan, bu aparatın tarixçəsini danış mənə"...
Mən (fotoaparatımın arxasında gizlənən gözlərimlə dillənərək): "Hə, əzizim...Bugün mənim yox, bu aparatın adgünüdür, 3 yaşı tamam olur, sən hədiyyə etmişdin, yadındamı? İlk şəklimizi də qonşumuzda yaşayan qoca çəkmişdi, onun əlləri əsdi şəklimizi çəkəndə, amma sənin bu bahalı hədiyyən hər şeyə rəğmən keyfiyyətli bir görüntü bəxş etdi bizə...elə mənə qalan da bu oldu...Bu səhər fotoaparatımı əlimə alanda işimi həmişəkindən fərqli "yola verəcək"-deyə düşünmüşdüm, düşünməmişdim ki, aydın bir sabahdan ayrılıb, zülmət bir gecənin nəzarətiylə səni "yola salacaq"...

Biranlıq sükut...

O: Offf nə olar o düyməni bas, üzmə daha məni...
Mən: Xoşbəxt ol, əzizim!
O: Adgünün mübarək, əzizim!

SÜKUT...

(ardı var)

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
      « Əvvəlki əsər: QARABAĞ 
      » Növbəti əsər: Yuxuma gəl... 
Əsəri oxuyanlar (56)
  Oxşar misralar:
  • Anam...
  • Yenidən səninlə üz-üzə (Dəniz)
  • QƏRİBƏ BƏXT
  • Can sənə qurban
  • Sən də
  •   Resenziyalar (9)  
    Yazdı: ilashka: 20 Fevral 2012 02:12
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Bu səhər fotoaparatımı əlimə alanda işimi həmişəkindən fərqli "yola verəcək"-deyə düşünmüşdüm, düşünməmişdim ki, aydın bir sabahdan ayrılıb, zülmət bir gecənin nəzarətiylə səni "yola salacaq"...

    Elvir, nəsr də çox gözəl alınıb. Əhsən! Oxudum və oxuduqlarım sanki gözümün önündə canlandı. Uğurlar!

    P.S Sadəcə, bir iradım var. Bəlkə "toparlanmalıyam" sözünü dəyişəsən? Çünki sən özün də öz sözlərimizə çox diqqət edirsən, hətta işlənməyən sözlərimizi şeirlərində işlətməyə çalışırsan. Düşünürəm ki, bu sözü də öz sözümüz ilə əvəz edə bilərsən.
    Yazdı: Axundi: 20 Fevral 2012 02:31
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    İlhamə təşəkkür edirəm, düzü mən bunu "Facebook"a yerləşdirəndə bir nəfər də məhz o sözü dəyişməyi məsləhət bildi, düşündüm ki, araşdırıb bu sözün bizim dilimizdə həqiqətən də olub-olmamasını dəqiqləşdirəndən sonra ("özümü ələ almalıyam" ilə) dəyişməyə qərar verim, nədənsə sonradan heç yadıma da düşmədi, indi sən dedin yadıma düşdü, əgər həqiqətən də dilimizə xas olan söz deyilsə dəyişmək labüddür, xatırlatdığın üçün minnətdaram!
    Yazdı: ilashka: 21 Fevral 2012 13:59
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Buyur, Elvir. Öz sözlərimizə xüsusi diqqət etdiyini bilirəm.
    Yenidən oxudum, elə kövrəldim ki... Fotoqrafın və gəlinin vəziyyətini təsəvvür edirəm. Çox gözəl yazmısan, çox təsir etdi mənə.
    Yazdı: Axundi: 21 Fevral 2012 14:24
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    Bu mövzunu zəncirvari davam etdirmişəm əslində, bir qolu da var,onu da yerləşdirərəm, hətta daha öncələr bura yerləşdirdiyim "Əlimdə bir şəkil var" adlı şeir də bunun davamı idi bir növ.
    P.S. Əslində "off, ah, vay" və s. kimi sözləri yazıda işlətməyi xoşlamıram, heç onları da qeyd edən deyildim, sadəcə təsvir yaratmaq üçün hələlik başqa üsul tapa bilmədim düzü, zamanla qaydasına salaram.
    Yazdı: ilashka: 21 Fevral 2012 14:34
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    İnşallah yerləşdirərsən. Nə üçün? Bu nidaların da öz yeri var. Qəhrəmanın hissləri olduğu kimi verilib, biz də elə oxuyuruq. Belə olanda daha təsirli olur.
    Yazdı: Shemsi: 21 Fevral 2012 16:04
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 535
    Status: Şair - moderator
     
    Elvir bəy! Nəsrdə də şeirdə olduğu kimi səlqəli dəst -xəttin var. Oxudum, xatirələr burulğanına düşdüm və... bəyəndim. Uğurlar olsun!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Axundi: 22 Fevral 2012 02:12
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    Minnətdaram, Şəmsi bəy, Allah razı olsun!
    Yazdı: Aygun Rehimli: 23 Fevral 2012 21:54
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    SƏNDƏN BAŞQA CÜR BİR YAZI DA, GÖZLƏMİRƏM..ŞƏİRLƏRİN KİMİ BU DA, GÖZƏLDİR.BUNU DA, FİKİRLƏRİNİN RƏQSİ ADLANDIRARDIM........

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: Axundi: 24 Fevral 2012 00:19
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    Təşəkkür edirəm Aygün xanım, sağ olun!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az