Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Müşfiq XAN`ın pritçası "Mənim xəyalım" » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Müşfiq XAN`ın pritçası "Mənim xəyalım"

Müəllif: bioloq | 16 Dekabr 2011 | Oxunub: 182| Yadda saxlamaq:
Düşüncə və həqiqət

P.S. Ön söz əvəzi

Fikirlərim... Alaqaranlıq otaq... Və mən...
İnsanın taleyi çox qəribə ola bilərmiş. Bu onu adi insanlardan fərqləndirə bilərmiş. Və özünün qeyri-adi olduğunu hiss edə bilərmiş... Sevib, unudub, yenidən sevə bilərmiş... Özünü unuda bilərmiş... Niyə?! Əlbəttə ki, niyəsini bilmədən. Hər hansı bir plan qurmadan. Özünü taleyin burulğanına atmış insanın bu burulğanda yalnız bir şey gözləyə bilər – ölüm! Bəs məni necə?! Məni də ölüm gözləyirmi?! Əlbəttə hamı kimi məni də hə. Amma vədəsizmi gələcəkdi o?! Bəs planlar. Axı deyirlər ən pis plan plansızlıqdan qat-qat yaxşıdır.. Amma bəzən də nəyisə ölçüb-biçirsən, düşünürsən, sonda o iş düz gətirmir. Belə olanda peşmanlayırsan ki, mən nəyə görə bu qədər tərəddüd eləyib bu işi gecikdirdim. Bax onda peşman olursan. Bəlkə də bunu qismət adlandırırsan. Çoxları kimi mən də bir çox vaxtlarda “qismət” deyirəm buna. Amma qismət deyilən bir şeyin olmadığını da çox yaxşı dərk edirəm. Məncə bu kəlmə kimisə ovundurmaq üçün ən yaxşı vasitələrdən biri olduğu üçün indiyə qədər yaşayır. Digər tərəfdən buna ehtiyac da vardır. İnsanların ümidsiz, yalnız və çarəsiz anlarında onların köməyinə çatan ən vacib inanclardan biri məhz qismət anlayışıdır. İkincisi isə yəqin ki, səbr olmalıdır. Amma qismət daha vacib qəbul ediləndir. İstər təmkinli, istərsə də hövsələsiz insanlar qismətin məhz Allah tərəfindən hər kəsə ana bətnində olarkən verilən alın yazısı olduğu fikirlərini qəbul edirlər. Etməlidirlər. Çünki ən ekstremal anlarda onların seçəcəyi yeganə şey budur.
Düşüncələrim... Düşündükcə vaz keçməmək. Vaz keçmədikcə bağlanmaq. Bağlandıqca yaşamaq və sevmək. Sevdikcə özünü unutmaq. Sonunda tənha qalmaq. Yenə də düşünmək. Niyə tənha qaldığını dərk etməyə çalışmaq. Bağışlamaqmı?! Axı yenə tənha qalacaqsan... Elə isə vaz keç və keçdinsə bir daha qayıtma. Unut getsin!.. Sadəcə hərdən xatırlayacaqsan, kövrələcəksən və nəhayət unudacaqsan. Amma onu necə sevməyə başladığını xatırlayanda yanacaqsan həmin gizli sevgidən...
Bunu ona deyə bilmirdim... Deyə bilməzdim... Mümkün deyildi... Heç vaxt da bunu məndən eşitməyəcəkdi. Bəlkə də nə vaxtsa ona qarşı olan hisslərimi anlayacaqdı. Mən isə sonsuza qədər susmağı düşündüm... Amma onu sevirdim!.. Kinolardakı, əsərlərdəki sevgilərdən daha böyük ilahi eşq ilə ona hər gün daha çox bağlanırdım.
Bir gün gəlib yanımda oturdu. Mən çağırmışdım. Bir məsələ ilə bağlı köməkliyini istəmişdim. Təx-minən yarım saat həmin işlə bağlı bir yerdə fikir mübadiləsi aparmalı olduq. Hərdən baxışlarımız toqquşanda özünü itirir, tez də fikirlərini yayındırıb qarşısındakı kağıza baxırdı. Amma mən onun getməsini istəmirdim. Buna baxmayaraq hiss edir-dim ki, vaxt yetişir səssizcə. Onu məndən ayıracaq. Belə də oldu... Lap indiki kimi. Amma indikindən fərqli olaraq onda sabah onu yenə görə biləcəkdim. İnsi isə onu heç zaman görə bilməyəcəm. Yerini bilsəm də, məni unutmadığını anlasam da getmə-yim, onu görməyim əlçatmaz idi. Və mən bunu qismət adlandırırdım. Özümü aldadaraq..!

Müəllifdən hörmət və izzətlə

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 0)
      « Əvvəlki əsər: Kəlbəcərə tək getmə, ata!!! ( başlıq ııı ) Müəllif:İsmayılov ... 
      » Növbəti əsər: Nə edim 
Əsəri oxuyanlar (78)
  Oxşar misralar:
  • O (pritça)
  • Mənə yaşamaq üçün səbəb göstər...
  • XOŞBƏXT OLMAĞI NECƏ BACARDIM
  • Şəbəkədəki qız [hekayə]
  • Günəş [hekayə]
  •   Resenziyalar (3)  
    Yazdı: bioloq: 1 Yanvar 2012 08:05
     
    Yaşayır: --
    Əsərlərin sayı: 5
    Resenziyalar: 1
    Status: Yeni şair
     
    Həyat kimlər üçün sıxıcı, kimlər üçünsə zövqvericidir...
    Yazdı: fah: 1 Yanvar 2012 13:46
     
    Yaşayır: küləklər şəhəri
    Əsərlərin sayı: 5
    Resenziyalar: 22
    Status: Yeni şair
     
    Həyat özü kimini sıxır,kiminə zövq verir...
    Yazdı: cahandar: 4 Yanvar 2012 02:51
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 2
    Resenziyalar: 3
    Status: Yeni şair
     
    Məqalə gözəldir təşəkkür.İnsan həyata bir dəfə gəlir və bu fürsəti optimist hisslərlə yaşasalar gözəl olardı.Buna ən azı çalışmaq lazımdır.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az