Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Pulbazlığın acı sonu » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Pulbazlığın acı sonu

Müəllif: Aygun_Aliyeva | 14 Noyabr 2011 | Oxunub: 170| Yadda saxlamaq:
Pul hərisliyinin acı nəticəsi
Onlar xoş bir yay səhərində, qəribə təsadüf nəticəsində tanış oldular. İlk baxışdan qəlblərində sevgi duyğusunun yarandığını hiss edirlər. Və beləcə başladı onların kitablarda oxuduğumuz, seriallarda gördüyümüz sevgi romanları... Əsl sevgi idi bu, şirini ilə, acısı ilə. Sevinclə gələrdilər bir-birlərinin görüşünə, titrəyə-titrəyə ilk dəfə tutdular bir-birlərinin soyuqdan üşüyən əllərindən və dərhal sevgidən isindi soyuqdan üşümüş o əllər... İlk dəfə öpüldü o dodaqlar, sevgi kəlmələri eşitdi heç vaxt bu qədər gözəl sözlər eşitməyən o qulaqlar...Beləcə yaşandı nə az, nə də çox, düz 1 il müasir dövrün Leyli sevgisi, Məcnun məhəbbəti!
Sevənlər qovuşmaq, hər açılan dan səhərini birgə açmaq, düşən gecəni bir-birinə sarılaraq keçirmək istədilər. Əhd edib peyman bağladılar ki, görüş yerlərinə övladları ilə birgə gəlib, bu müqəddəs, ilahi sevginin tarixçəsini onlara da nəql edəcəkdilər. Amma fələk öz sadığını saydı...
Bəziləri hər bir işi QİSMƏT adlandırılan anlayışla bağlayırlar. Qisməti biz insanlar özümüz müəyyən etmirikmi? Bu sevgililərin qovuşmasına valideynlər, daha düzü, onların var-dövlət hərisliyi mane olmasaydı, başqa kim onları ayıracaqdı ki? Əhvalat belə olur: Oğlan qıza qarşı olan saf niyyətini valideynlərinə bildirən kimi ata və ana qızın xasiyyəti, biliyi, ağlı ilə deyil, dərhal “atası kimdir?, harada işləyir?, necə dolanırlar?” kimi suallar yağdırmağa başlayırlar. 1 ildir ki, qızı dərin məhəbbətlə sevən oğlan “heç bu sualları ona verməmişəm, axı bu bizim nəyimizə gərəkdir ki?” soruşur.
Oğlanın valideynləri “ciddi araşdırma” ya başlayırlar. Məlum olur ki, oğlanlarının bir könüldən min könülə aşiq olduğu qızın ailəsi dünyanın ən qatı cinayətkarı, qatili və soyğunçusu qədər qorxulu bir ailə imiş: ayaqqabı təmirçisinin qızının imkanlı oğlana ərə getməyə necə haqqı ola bilər? Tanışlar deməzlər ki, belə bir ailə ayaqqabıçı ilə niyə qohum oldu, az idimi müəllim, həkim, deputat ailəsi quda olmağa?
Nə isə, bu kimi söz-söhbətlər iki sevən gəncin yollarını ayırır, qızın da, oğlanın da uzun sürən cəhdləri heç bir fayda vermir. Oğlanın valideynləri artıq hökmü oxumuşdular: AYRILMALIDIRLAR!
Kasıblığı ucbatından sevdiyinə qovuşa bilməyən qız heç vaxt yoxsul həyatla barışa bilmir. Mübarizə aparır, iş axtarır, özünü cəmiyyətdə təsdiqləmək üçün hər bir yola əl atacağına söz verir. “Ömrüm”, “günüm, “həyatım” kimi ən gözəl sözləri aid etdiyi sevgilisinin ayrılığına dözə bilməyən oğlan isə bir yolluq baş götürüb bu diyardan köçür, qürbət eli özünə vətən seçir.
İllər keçir... Nəhayət, bir gün onlar, keçmiş sevgililər görüşürlər. Böyük bir mərasimdə üz-üzə gələrək bir-birlərini çətinliklə tanıyırlar. “Bəli, bu odur!” deyir oğlan. “Ahh, ilk eşqim” qızın dodaqları sızıldayır. Amma artıq hər şey dəyişmişdi. Oğlanın tanıdığı saf bir qız əxlaqsızlıq yolunu tutmuşdur. Şəhərin ən tanınmış bar qızlarından birinə çevrilmişdir. Depressiya, qürbətlik acısı isə oğlanın saçlarına vaxtsız dən salmışdır. Təsadüfən mərasimin sonunda onları ayırıb ilk, həm də müqəddəs sevgilərinin üzərindən xətt çəkmiş valideynlərlə qarşılaşan qız öz brend avtomobilini, dollarlarla dəyəri ölçülməyən kürkünü onlara nümayiş etdirib göz yaşlarında boğularaq deyir:
- Ailəmin kasıb olduğuna görə bizi özünüzə sığışdırmadınız! İndi sizdən qat-qat varlıyam, tanışlarım da ölkənin ən nüfuzlu adamlarıdır. Sizin arzuladığınız varı-dövləti qazandım, amma ismətimi itirdim. Oğlunuzun gül tək gəncliyi hədər oldu. Səbəb çox bəsit və gülməli idi: sizin pul hərisliyiniz! İndi hər şey var, amma o günləri, o sevgini, o namusu necə qaytararsınız söyləyin mənə?!
İçin-için ağlayaraq maşınına əyləşib yola düşür. Valideynlər mütəəsir olurlar, amma artıq çox gec idi!
Səhər televiziya da, qəzetlər də bir xəbəri önə çəkirlər:
“Dünən gecə dəhşətli yol qəzasında bir xanım dünyasını dəyişib....”
Aygün Əliyeva

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 0)
      « Əvvəlki əsər: Göylər 
      » Növbəti əsər: Onu bağışlamaq olarmı? 
Əsəri oxuyanlar (74)
  Oxşar misralar:
  • Gözəlçə
  • Görməz yad üzük də barmağın heç an
  • Şəbəkədəki qız [hekayə]
  • Müşfiq XAN`ın pritçası "Mənim xəyalım"
  • Sən və mən
  •   Resenziyalar (2)  
    Yazdı: angel15: 20 Noyabr 2011 16:04
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 40
    Resenziyalar: 325
    Status: Şair
     
    Çox təsirlidir. əksəriyyət valideynlər başa düşmürlər ki sevgi insanın ürəyindən gələn bir hisdir.Yazan əllər var olsun.

    --------------------
    Şairlərdir əsl həkim ,
    Dərman deyib , şer verir .
    Vay o xəstənin halına ki ,
    Şer deyil nağıl sevir .
    Yazdı: Aygun_Aliyeva: 20 Noyabr 2011 19:50
     
    Yaşayır: Baki şəhəri
    Əsərlərin sayı: 5
    Resenziyalar: 10
    Status: Şair
     
    Teshekkur edirem, Angel15 xosh sozlere gore. Minnetdaram
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az