Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: nizo_cefer | 5 Sentyabr 2011 | Oxunub: 368| Yadda saxlamaq:
İnsanın yetişə bilməyəcəyi bir şeyin ardından qaçması dəlilik deyilmi? Biz zamanın ardından qaçmaqla eyni dəliliyi edirik. Əslində biz zamandan nə istədiyimizi bilmirik. Uşaq ikən tez böyümək,müstəqil olmaq istəyirik.böyüyüb müstəqil həyata atılanda isə,yenidən zamanı geri qaytarmaq, qayğısız uşaqlığımıza geri qayıtmaq istəyirikMəktəbi bitirib tələbə olmağa tələsirik, ancaq son zəngin səsi qulaqlarımızdan silinmir, yenidən məktəbli olmaq istəyirik. Zaman bizi gözləmir,bizimlə hesablaşmır.O heç bir əngəl tanımadan irəliləyir və bizi nafilə bir şəkildə arxasından sürükləyir. ömrümüzüuzatmaq üçün müxtəlif vasitələrə əl atır, dərmanlara, həkimlərə, plastik əməliyyatlara pul tökürük. ancaq anlamırıq, qəbul etmək istəmirik ki,hər keçən saat bizim üçün ayrılmış zamanın sonuna yaxınlaşırıq. zaman bizə sonsuz görünsədə uca Rəbbin dərgahında onun da sonu vardır. Bu həyat sadəcə bir yarış, bir marafondur. Bizə ayrılan zaman sona yetdiyində anlayırıq ki heç kim zamandan irəli keçə bilməz, Rəbbimdən başqa.