Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20829 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: elvin mehmanli | 23 Fevral 2012 | Oxunub: 148| Yadda saxlamaq:
Düşdüm məhəbbətdən tora dünyada, Bərabər qərq olduq nura dünyada. Sağ ikən qoyulduq gora dünyada, Vədəsiz ayrılıq yetdi kamına, Nə gözəl yaraşır adım adına.
Gözündən süzülən yaş olmalıydım, Kipriklərin üstə qaş olmalıydım. Axı yollarında daş olmalıydım, İndi yetəmmərəm darda yanına, Nə gözəl yaraşır adım adına.
Mən bağban deyiləm gülünü dərəm, Eşqinçün dünyada candan keçərəm. Vəfasız deyilsən səni bilirəm, Hərdən ikimizi gətir yadına, Nə gözəl yaraşır adım adına.
Dolub yağış kimi başıma yağsan, Mən onda bilirəm yanımda varsan. Sənki,olanına qane olansan, Şükr et yazılan alın yazına, Nə gözəl yaraşır adım adına.
Gözüm gözəlləşir görəndə səni, Unutmaz heç zaman sevən-sevəni. Hər yaddan,özgədən soruşma məni, Axtarsan Elvini gəl ünvanına, Nə gözəl yaraşır adım adına.
Yaşayır: --
Əsərlərin sayı: 286
Resenziyalar: 948
Status: Şair
Adın adına yaraşar-? Səni eşitcək yar aşar. Durub canıva daraşar, Sonra da aləm qarışar... Ay elvin ehtiyatlı ol,.. Yazanda da savadlı ol!
Qafiyələr yerindəmi, Bir-birındən yarındımı? Bəzək sevir yar əndami. Heca var səni qandımı? Piyadə gəzmə atlı ol, Yazanda ehtiyatlı ol!.. -------------------------- Adın ada yaraşmağı sevgidə şərt deyil, əksinə: İNSAN-ŞEYTAN necədi? Hecaya da, qafiyələrə də əl gəzdir. UĞURLAR!!!
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
Elvin, gözəl fikirlərin var.bir fikir də mən deyim.hər bəndin sonuna fikir ver, son cümlə gözəldor.ondan öncəki cümlənin mənası həsrəti tərənnüm edir, ama adının adına yaraşması bir sevgi etirafı kimi oxunur.bəlkə, gözəl yaraşırdı adın adıma olsun? bu mənim fikrimdir.yenə də, sən bilən məsləhətdir.
uğurlar.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................