Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Dönmə geri... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20829 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 71 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 68 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002
Yazan: abelveliyev
Mövzu: İlahi

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Dönmə geri...

Müəllif: ilashka | 22 Fevral 2012 | Oxunub: 268| Yadda saxlamaq:
Bağlanıbdır əl-qolumuz,
Dumanlıdır sağ, solumuz,
Birləşmədi eşq yolumuz,
Get, bir daha dönmə geri...

Gülüşlərin qəlbə yaddır,
Bilmirəm bu nə inaddır,
Yadda qalan sadə addır,
Get, bir daha dönmə geri...

Gözlər baxmaz gözlərinə,
Qəlb inanmaz sözlərinə,
Həsrət qalsam izlərinə,
Get, bir daha dönmə geri...

Olanları yada salaq,
Qəmdən qaçıb uzaq olaq,
Bu dünyada eşqsiz qalaq,
Get, bir daha dönmə geri...

Dərdi təkcə böləcəyəm,
Öz halıma güləcəyəm,
Həsrətindən öləcəyəm,
Get, bir daha dönmə geri...

İlhamə Sultan 02.02.12

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
      « Əvvəlki əsər: Gözləyənim var mənim 
      » Növbəti əsər: Vahid 
Əsəri oxuyanlar (81)
  Oxşar misralar:
  • İnanmıram
  • Daha səni gözləmirəm
  • Getdi o günlər,geri dönməz
  • Öləsən səni
  • Geri dön
  •   Resenziyalar (14)  
    Yazdı: Saxavat: 22 Fevral 2012 19:01
     
    Yaşayır: --
    Əsərlərin sayı: 286
    Resenziyalar: 948
    Status: Şair
     

    Kaş, bu vəziyyətdə olanlar gülməyi bacaraydı və başqalarının onun halına gülməsinə imkan verməyəydi...
    --------------------------------

    YAXŞIDI. SAĞ OL!
    Yazdı: Shemsi: 22 Fevral 2012 20:45
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 535
    Status: Şair - moderator
     
    Axşamın xeyir, gözəl! Şeirin məzmun və mənası əladır və əla da yazıbsan, bəzi istisnalarla. O da texnikanın hələlik cilalanmamasından irəli gəlir. Fikirləşirəm ki, bəzi sözləri başqa cür də demək olardı. istəyirsənsə bəzi redaktələr edim. Xoşun gəlsə qəbul edərsən. Ümumiyyətlə, lar-lər-yəni cəm şəkilçilərindən şeirdə az işlətsən faydası olar. 3-cü bəndin ilk iki misrası ilə son misralar təzadlıdır.

    Bağlanıbdır əlim-qolum
    Dumanlıdır sağım, solum.
    Ayrı yoldur mənim yolum
    Get bir daha dönmə geri...


    Biləmmədim nə inaddır,
    Gülüşlərin qəlbə yaddır,
    Yadda qalan təkcə addır,
    Get bir daha dönmə geri...

    Gözlərim baxmaz gözünə
    İnanmaram hər sözünə,
    Həsrət qalsam da üzünə
    Get bir daha dönmə geri...

    Olanları yada salsam
    Ürəyimi oda salsam.
    Bir ümmanda ada qalsam,
    Get bir daha dönmə geri...

    Dərdi təkcə bölsəm belə,
    Öz halıma gülsəm belə.
    Həsrətindən ölsəm belə
    Get bir daha dönmə geri...

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: ilashka: 22 Fevral 2012 22:29
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Rəylərinizə görə hər birinizə minnətdaram! Şəmsi bəy, sizin yazdığınız da çox uğurludur. Rəyinizə də hörmətlə yanaşıram. Amma -lar, -lər şəkilçisini lazım olanda istifadə etməliyik, çünki göz 1 dənə deyil ki, 2 gözümüz var. Buna görə də cəmdə olması mütləqdir. Bu şeirə gəlincə isə, qəhrəmanım bu deyilənləri özünə və sevdiyinə aid etsə də, ürəyində deyir, dilinə gətirmir...
    Yazdı: hasimova: 22 Fevral 2012 22:42
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 132
    Resenziyalar: 525
    Status: Şair
     
    çox gözəldir.allah heç vaxt heç kəsi tək qoymasın dərd verməsin hamının üzü gülsün

    --------------------
    yazan eller var olsun
    Yazdı: Shemsi: 23 Fevral 2012 00:49
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 535
    Status: Şair - moderator
     
    İlhamə qızım, əlbəttə ki, cəm olan cəmdir. mən bunu inkar etmirəm. Amma imkan daxilində deyirəm. Məsələn gözlər baxır gözlərinə kimidə bir ağırlıq var. Ona görə birini təkdə işlətmək daha yaxşı olur məncə. Axıcılıq olur o, mənada deyirəm.
    Əlbəttə ki, sevən bunu ürəyində deyir. belə hisslər ani olur. sonra isə....
    Əlinə, dilinə, ruhuna sağlıq! Hər bir halda sən ruhunla, varlığınla poetik qızsan və bu yolda sənə uğurlar diləmək bizim borcumuzdur. Allah köməyin olsun!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Axundi: 23 Fevral 2012 10:26
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    Yaxşıdır, amma Şəmsi bəy tamamilə haqlıdır, (bəzən "sadəcə içimdəki hissləri, duyğuları izhar etdim" desək belə) bu şeirdir, səninlə bərabər hər bir oxucuya məxsusdur, oxucunu heyrətləndirmək üçün ən vacib amil şeirin axıcılığıdır, bunu unutma, bəzən heca sayının belə fərqinə varmadan heyran olduğun şeir nümunəsi sırf axıcılığına görə səni cəlb edir.
    Bu şeirində şeiriyyat qaydaları tam yerindədir, sadəcə Şəmsi bəyin də dediyi kimi oxucu əziyyət çəkir, dilə yatmağı, rəvan səslənməsi zəifdir. Məsələn: "Bağlanıbdır əl-qolumuz"la "Bağlanıbdır əlim-qolum" arasında məna cəhətdən heç bir fərq yoxdur, amma ikinci halda daha gözəl səslənir. Sadəcə bu nüanslara fikir ver, qalan hər şey səndə qaydasındadır, uğur olsun!
    Yazdı: Shemsi: 23 Fevral 2012 11:18
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 535
    Status: Şair - moderator
     
    Sağ ol Axundi! Əslində biz də bu yolu keçmişik. Gənc yaşlarımda yazdıq1larıma baxanda heyrətə gəlirəm. Misralardakı ağırlıq məni sıxır. Amma zaman öz işini görüb. Artıq o problem yoxdur. Həqiqətən də ilhamənin ruhu çox incə bir poetik duyğularla köklənib. Özü də mövzuları maraqlıdır. Həm də İlhamə özünə qarşı tələbkardır. Məni də cəlb eləyən bu xüsusiyyətidir. İnşaallah İlhamə yetkin çşair olacaqdır.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Necmeddin: 23 Fevral 2012 11:26
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Maraqlı diskusyadır.Şəmsi bəy yenə də DOĞRU FİKİRLƏRİ və təcrübəsi ilə dəyəri məsləhətlət verib.

    İLaska Əgər bir şeir tənqid edilirsə deməli məqsədinə nail olmusan.

    Bir iki xırda para sözüm var düzəltmək və düzəltməmək öz işindir.

    Həsrət qalsam da üzünə

    Həsrətindən ölsəm belə

    Bunlar ikisi də bir fikirdir.İkisi də həsrətə söykənir.Birində həsrət sözünü dəyiş ya dərd,ya yoxluq elə ki təkarar fikir olmasın.


    P.S,Saydıqlarım şeirə kölgə salmır.Sadəcə biraz daha şirinləşdirəcək

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: ilashka: 23 Fevral 2012 19:59
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Mənim üçün dəyərli olan rəylərinizə görə Hasimova, Şəmsi bəy, Elvir, Necmeddin bey, hər birinizə təşəkkür edirəm! Tənqiddən qaçmıram mən, hamısını da qəbul edirəm. 1-ci bənddə qəhrəmanım ürəyində danışsa da sevdiyinə bir növ müraciət edir. Axıcılığa görə deyirsiniz başa düşürəm, amma təkcə "məşuqənin" əli, qolu bağlı deyil axı, "aşiqin" də əli, qolu bağlıdır. 1-ci bənd hər iki nəfərə aid olduğu üçün belə yazılıb. Amma şeirə əl gəzdirəcəyimə söz verirəm.

    P.S Məslətinizlə yanaşı xoş sözləriniz üçün də minnətdaram! Sizlərdən belə sözlər eşitmək mənə stimul verir...
    Yazdı: Aygun Rehimli: 23 Fevral 2012 21:46
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    sağ ol, ilaşkam.ürəyini boşalda bilmisən sə, sənə görə də, şadam.əllərin var olsun.xoşuma gəldi.

    gedənnin geriyə dönməsi heç gərək də, deyil.sevsəydi zatən qalardı.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az