Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20829 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Yaşayır: bakı
Əsərlərin sayı: 0
Resenziyalar: 26
Status: Yeni şair
Əhsə Rauf bəy! Şeir belə olar. Gözəldir. Hər bir mizan, ölçü də yerində. Aygün xanım bu şeirləri oxusa yaxşı olar. Çox yazmaq yox, keyfiyyətli yazmaq lazımdır.
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
RAUF BƏY, ƏLLƏRİNİZƏ SAĞLIQ. HƏMİŞƏKİ KİMİ GÖZƏLDİR..
P.S.Aygün xanım oxuyur, Rəna xanım.özü də, portala yerləşdirilən kimi.mən şairə deyiləm, yazdıqlarım ürəyimin sözləridir.mən muğam ifaçısıyam.amma bununla belə heç kim məni şeir yazmaqı, az yazmaqı, çox yazmaqı qadağan edə bilməz.biz bir -birimizi tanımadığımız halda niyə mənə qarşı belə oqressiv fikirlər yürüdürsüz anlamıram.bir az yumşaq da davrana bilərsiz.mən bura gələndə hər fikir eşidəcəyimə hazır idim.siz mənim yerləşdirdiyim şeirlərin heç olmasa 10 dənəsin oxuyun, sonra fikrinizi bildirin.2 şeirlə insanın nə bacarığın nə kim olduğun bilmək olmur........şair olmadığımı dəfələrlə yazmışam.oxusaydız bilərdiz. hamıya öncəliklə də, Rəna xanıma rəyləri üçün təşəkkürümü bildirirəm.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: Bileceri
Əsərlərin sayı: 132
Resenziyalar: 557
Status: Şair
Əvvəla,hər birinizə təşəkkürümü bildirirəm ki,vaxt ayırıb oxumusunuz. Rəna xanım, Aygün xanımın da gözəl şeirləri var,belə yazmaq düzgün çıxmaz,lap kimsə pis yazsa belə,onu belə sözlərlə həvəsdən salmaq olmaz,əksinə,onun səhvlərini səmimi tərzdə göstərmkələ,ona yol göstərmək daha yaxşı olar məncə. Ümid edirəm ki,məni düzgün başa düşdüz,bu xırda bir anlaşılmazlıq ola bilər ki,onu da yoluna qoymaq asandı :) Bir daha minnətdaram diqqətinizçün..
--------------------
Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz, Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
sağ olun, RAUF BƏY.HƏM ƏDALƏTLİ OLDUĞUNUZA GÖRƏ, HƏM DƏ, DƏSTƏYİNİZƏ GÖRƏ MİNNƏTDARAM.ALLAH RAZI OLSUN.........MƏN YAXUD YAZDIQLARIM HAMININ XOŞUNA GƏLƏMƏK ZORUNDA DEYİL.AMMA RƏNA XANIMIN MƏNİ TANIMADAN, YAZDIQLARIMI OXUMADAN MƏNƏ QARŞI SƏRT DAVRANIŞINA SUSA BİLMƏZDİM, ƏN AZINDAN ƏDALƏT XATİRİNƏ.SAĞ OLUN.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: --
Əsərlərin sayı: 35
Resenziyalar: 175
Status: Şair
Əziz Rauf bəyə 11-12 dərəcə şaxtanın içərisindən atəşin salamlar. Gənclik stansiyasından absis oxunun mənfi istiqamətində uzaqlaşsaq da, bu cür gözəl qəzəl bizim də qəlbimizin odunu körükləndirdi. Alqışlar sözlərin sehrli düzümü ilə qəlbimizdə bahar yaradanlara !