Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Sənsiz... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20829 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 71 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 68 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002
Yazan: abelveliyev
Mövzu: İlahi

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Sənsiz...

Müəllif: Axundi | 8 Fevral 2012 | Oxunub: 462| Yadda saxlamaq:
Gördüyün dumanlı, çənli dağ nədir?
Köksümdə dağların olanda sənsiz
Buludlar utanır, çəkilir gedir
Qübardan gözlərim dolanda sənsiz

Hardasan bülbülüm? yoxdu soraq, səs
Sən gedən köksümdə boş qalıb qəfəs
Eşqimin gülləri necə olsun bəs
Hicrindən saralıb, solanda sənsiz?

Qəlbimdə bir otaq ayırdım dərdə
Xəyalın gözümdən asılan pərdə
Məndən üz döndərir xatirələr də
Soyuq çarpayımda dalanda sənsiz

Bari, xatirələr uzun sürə kaş
O vaxtlar çiyninə söykənən bu baş
Daha baş deyildir, daşdır, inan daş
Boynumda bükülü qalanda sənsiz

Xatirə belində mən gecəyarı
Söylə xəyalına gəlirəm, barı?
Yanıram, səninlə o xoş anları
Gecələr yadıma salanda sənsiz

Çırpına-çırpına od tutan ürək!
Sən də bir səbr elə, aman ver görək
Səslən o yara, de: "Nəyimə gərək...
...verdiyim nəfəsi alanda sənsiz?!"

...bəlkə də qayıdar,
...bəlkə də dönər
Sənin də alovun,
...atəşin sönər...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 10)
      « Əvvəlki əsər: Yar gələcək bir azdan 
      » Növbəti əsər: GÖZLƏRİN ATƏŞİ 
Əsəri oxuyanlar (109)
  Oxşar misralar:
  • Səninlə də olmur, Sənsiz də olmur
  • Çiçəkdi sevgim
  • Sənsiz
  • Sənsiz (Qəzəl)
  • Dağları duman alanda!
  •   Resenziyalar (29)  
    Yazdı: ilashka: 8 Fevral 2012 15:32
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Qəlbimdə bir otaq ayırdım dərdə
    Xəyalın gözümdən asılan pərdə
    Məndən üz döndərir xatirələr də
    Soyuq çarpayımda dalanda sənsiz

    Duzdur, bezen xatireler de insandan uz donderir... Beyendim... Ugurlar, Elvir!
    Yazdı: Axundi: 8 Fevral 2012 15:47
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    ...amma yaxşı ki bu "bəzən"lər var, yoxsa dəyərli zamanımızı nəyə xərclədiyimizi bilməzdik "heç vaxt"
    Təşəkkür edirəm İlhamə!
    Yazdı: ilashka: 8 Fevral 2012 23:06
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Seninle raziyam, Elvir! Yaxsi ki bu bezen olur, hemise yox...
    Yazdı: Aygun Rehimli: 8 Fevral 2012 23:31
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    fikrin də, şeirin də, çox gözəldir.xüsusən də, bu misralar.

    Gördüyün dumanlı, çənli dağ nədir?
    Köksümdə dağların olanda sənsiz.
    Buludlar utanır, çəkilir gedir,
    Qübardan gözlərim dolanda sənsiz.


    amma ilaşkamın nəzərindən yayınıb deyəsən.durğu işarələri ya düzgün qoyulmayıb, ya da heç qoyulmayıb.xüsusiylə 2 bənddə.onları düzəlt.allah amanında .uğurlar.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: ilashka: 9 Fevral 2012 00:16
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Eşqimin gülləri necə olsun bəs
    Hicrindən saralıb, solanda sənsiz?

    Aygun, bu misrada durgu ele bele de olmalidir. 1, 3, 4, 5-ci bendlerin son misralarinda noqte qoyulmayib (bu esasdir). Sadece bir defe Elvire bir durgu isaresini yazmadigini dedim (misranin sonunda), bunun ele de ehemiyyetli olmadigini dedi. Men de ona gore Elvirin seirlerinde durgu isarelerini irad tutmuram smile

    Yazdı: bayrami: 9 Fevral 2012 00:35
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    İrada bax, canım, nə bəzən, nə durğu? Müəllif dürr xırdalayır. Sintaktik fiqurlar, məcazlarla fikrini (hicrandan doğan hiss-həyəcanı, ağrı-acıları ) ifadə edir. Forma etibarilə qoşma olsa da, bu şeir əvvəldən axıra vahid mövzu ilə izlənir, bu, yenilikdir. İstedad formanın əsirinə dönüb qalmır, keçmiş-doqmatik formaya təzə nəfəs, yeni məzmun verir. Bir soruşun bəs sonda parçalanıb səpələnmiş axırıncı 2 misrada müəllifin məqsədi nədir? Bu nə yenilikdir? Bu monoloq-qoşmanın sonunda Lirik qəhrəman yorulub, bezib, intihara gedir yoxsa?
    Yazdı: Axundi: 9 Fevral 2012 02:10
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    Bəli, Bayrami bəy, bunu soruşan yoxdur, elə bil ki, mən kitab çapa verirəm, nöqtə, vergül hayındayam. Bu portalda məqsədim yazılarımda sözün məna yükünün nə dərəcədə qiymətləndirilməsini, şeiriyyat qaydalarına nə dərəcədə doğru (və ya yanlış) əməl etməyimi öyrənməkdir. Vallah, heç lazım da deyil əlli nəfər yalan təriflər yağdıra, mənə bir-iki nəfər doğru yol göstərə bəsimdir. Son iki misranı qəsdən qeyd etdim, heç kim fərqinə varmadı, durğu işarələrini saf-çürük eləməyə qalsa, mən başlasam gərək bu portalda aləm bir-birinə dəyə. Rəylərinizə görə hər birinizə minnətdaram.
    Yazdı: rena61: 9 Fevral 2012 02:31
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 0
    Resenziyalar: 26
    Status: Yeni şair
     
    Burada inşa, imla yazmırıq ki? Təki şeir yaxşı olsun. əsas budur. Onu nüzakirə etməkdənsə şeiri müzakirə etmək lazımdır. Məncə müəllif şeirdə məqsədinə nail olub. yaxşı şeirdir.
    Yazdı: ilashka: 9 Fevral 2012 02:51
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Sexsen men sonuncu misrani sorusmadim, cunki anlamisam. Qaldi ki, noqte vergule, fikir bitende noqte qoyulmalidir, bu qanundur! Amma kimin ki xosu gelmir, men bunu demirem. Bezen ise, durgu isaresinin dogru yerde qoyulmamasi, ve ya he hec qoyulmamasi menani itire biler, hormetli portal uzvleri.
    Yazdı: Axundi: 9 Fevral 2012 03:01
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 105
    Resenziyalar: 604
    Status: Şair
     
    İlhamə, sən də bu nöqtələrin quyruğundan tutub gedirsən, dediyin məsələni sənə izah etmişdim, görünür yenə anlaşılmayıb, çox uzağa getməyək, elə sənin özünün bu portalda yazı üslubuna əsaslansaq, məsələn "ölüm" sözünün formasını götürsək, mənası oxucuya necə agah olur? Təbii ki, şriftlərimizdən istifadə etmədiyinə görə "ölüm" sözünü "olum" kimi yazacaqsan və kobud yanlışlıq budur əziz portal üzvü! Şərt o deyil ki sözdən sonra və ya əvvəl nöqtə və ya vergül qoyasan, şərt odur ki oxucuya fikri çatdıra biləsən (təbii ki portal çərçivəsində)
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az