Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
El ağladı » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20829 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 71 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 68 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002
Yazan: abelveliyev
Mövzu: İlahi

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

El ağladı

Müəllif: Aygun Rehimli | 8 Fevral 2012 | Oxunub: 119| Yadda saxlamaq:
Yenə qəlb yarası dindi,
Bu nə sevgidi, nə kindi.
Oduma əğyar isindi,
Ocaq yandı, kül ağladı.

Bu yazıyla hara gedim?
Dərman varsa, çarə edim.
Dərdlərimi saza dedim,
Mizrab dindi, tel ağladı.

Sevgim oldu, yoxum, varım.
Yadlara qaldı diyarım,
Xəzan oldu çəmənzarım,
Yarpaq soldu, gül ağladı.

Od içində çiçək əkdim,
Bitsin deyə yaşlar tökdüm.
Lallar kimi nalə çəkdim,
Dodaq susdu, dil ağladı.

Təkcə haqqa boyun əydim,
Görən neçə qəlbə dəydim?
Libas alıb kəfən geydim.
Kəmər küsdü, bel ağladı.

Zəhər pıçıldadı, balam.
Alt üst oldu könül qalam.
Dedim sularda qərq olam,
Çaylar daşdı, sel ağladı.

Fəqir ancaq dilək dilər,
Vallah, dərdi çəkən bilər.
Məndən sonra deyəydilər,
Rəhimlini el ağladı.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
      « Əvvəlki əsər: Kül mənə qaldı 
      » Növbəti əsər: Bilmir 
Əsəri oxuyanlar (52)
  Oxşar misralar:
  • AĞLADI
  • Qaldı
  • Ağladı gözlər sənsiz
  • Ah nə gözəldi.
  • Axı nə ad verim (Ənvər Rza )
  •   Resenziyalar (8)  
    Yazdı: sefer: 8 Fevral 2012 22:37
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    Adam ağladan şeirdi,verdiyim qiymət 5 di şeirə ancaq dərd qəmə naləyə yox.

    İlk bəndlərdə mexaniki səhvlər var ...agladi.


    Yazdı: Aygun Rehimli: 8 Fevral 2012 22:52
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    sağ ol Səfər.elə halda yazılıb ki, hərifləri gözüm görmürdü...................... recourse

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: rena61: 9 Fevral 2012 01:11
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 0
    Resenziyalar: 26
    Status: Yeni şair
     
    Bu başqa məsələ! Aygün səni yaxşı tənqid eləmək lazımmış. Bu şeirə sözüm yoxdur. Əhsən!!!!!!!!!!!!! Mən səni ən bərk tənqid edəcəyəm ki, yaxşı şeirlər yazasan. Çox yox, keyfiyyətli! Əhsən, səd əhsən! Bir balaca da bəzi yerlərə əl gəzdir. İkincisi, əziz bacım sən şair olmasan mən səni tənqid etmərəm.Sadəcə sənin qabiliyyətin ola-ola zəif, işlənməmiş şeirləri buraya qoyduğuna görə acığım tutur. Bir balaca sərt yazmışam, o da mənim işimin xüsusiyyətidir. fikir vermə, sən yaxşı şeir yaz, mən səni çox istəyirəm. Kitabını da burax. Artıq sənin kitabının çıxması lazımdır. Unutma ki, hamı intern etdən istifadə eləmir.
    Yazdı: Saxavat: 9 Fevral 2012 18:15
     
    Yaşayır: --
    Əsərlərin sayı: 286
    Resenziyalar: 948
    Status: Şair
     

    Sözü qəlbi buza dedim,
    Bəlkə qalıb yaza dedim.
    Dərdi telli saza dedim,
    Mizrab dindi, tel ağladı.
    ---------------------------

    Bax da!.. GÖZƏLDİ. BƏYƏNDİM. SAĞ OL!!!
    Yazdı: AYDIN AY: 9 Fevral 2012 18:30
     
    Yaşayır: --
    Əsərlərin sayı: 12
    Resenziyalar: 80
    Status: Şair
     
    AyGun xanim,bu seirinizi bir nece defe oxudum..xosuma geldi!!!!duzdu uzun seirleri cox da oxumuram,ama bu seir ozunu oxutdu mene...goz baxdi,urek agladi...
    Yazdı: Aygun Rehimli: 9 Fevral 2012 19:49
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    UCA ALLAHIN SALAMI OLSUN HAMINIZA.RƏY BİLDİRƏNLƏRƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
    RƏNA XANIM, TƏVAZÖKARLIQDAN UZAQ OLSA DA, DEMƏLİYƏM Kİ,MƏNİM ARTIQ 3 KİTABIM ÇIXIB,4 CÜ KİTAB ÜSTƏ İŞ GEDİR.

    1.ci "İLLƏR, MƏNƏ SEVİNC VERİN" 2009 CU İL.
    2.ci "TORPAĞIN O ÜZÜ ÖLÜM" 2010 CU İL
    3cü "QUL OLMAĞI ÖYRƏNDİM." 2011-DEKABR AYI.
    ----------------------------------------------------------------------------
    YENƏ DƏ, DEYİRƏM, MƏN ŞAİRƏ DEYİLƏM.HEÇ BAVXT DA, SİNƏMƏ DÖYMƏMİŞƏM.DƏRDLƏRİMİ YAZMIŞAM SADƏCƏ.OLA BİLƏR Kİ, ÇOX ŞEİRLƏRİM ZƏİF OLSUN.BU TƏBİİDİR.ÇÜNKİ,SƏNƏTİM MUSİQİ, MUĞAMDIR.
    ÖZÜM MUĞAM TEATRININ VƏ "İRS" FOLKLOR ANSANBLININ SOLİSTİYƏM.
    BUNU NİYƏ YAZIRAM? MƏNDƏN ŞAİRLƏRDƏN TƏLƏB ETDİYİNİZ ŞEYLƏRİ GÖZLƏMƏYƏSİZ DEYƏ.O KİTABLARI, YAZDIQLARIM İTİB BATMASIN, MƏNDƏN SONRA TƏK YAŞAMA NƏDƏNİM OLAN QIZIMA YADİGAR QALSIN DEYƏ ÇIXARTMIŞAM.MƏNİ TƏRİFLƏSİNLƏR DEYƏ,YAXUD TANINIM DEYƏ YOX.
    ---------------------------------------------------------------------------
    HAMIYA TƏŞƏKKÜRLƏR.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: QABIL EDALET: 10 Fevral 2012 01:57
     
    Yaşayır: .........................
    Əsərlərin sayı: 78
    Resenziyalar: 666
    Status: Şair
     
    Ocaq yandı, kül ağladı.

    Buda şairin şairlyi.Aygün xanım xahiş edirım bəsdirin bu qədər qəmli mislarar yazırsınz.Bir az da əhval ruhiyəli şeilər eyr ayir.Siz şairə olmaya-olmaya bu sənətin usdadısan ki.(Aygün xanım muğam ustasıdır.)

    --------------------
    Qabil Ədalet
    Yazdı: Ulvi Rovsen: 24 Aprel 2012 10:33
     
    Yaşayır: Şəki
    Əsərlərin sayı: 37
    Resenziyalar: 165
    Status: Şair
     
    Aygün xanım, əla şeirdir. İnsan nəyi hiss edirsə, onu yazır. Belə daha təbii və gözəl alınır. Sizinkilər kimi....
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az