Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Sevgi dili » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2227 müəllif qeydiyyatdan keçib
və 4404 əsər dərc olunub.

Dərc olunan əsərlərə 16491 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Aygun Rehimli   32
Saxavat   20
Orkhan Graf   17

            Məşhur əsərlər

Müəllif: Rauf
Əsər: Nə sən bilirsən,nə də mən
Oxunub: 174 | Resenziyalar: 27
___________________________
Müəllif: ilashka
Əsər: Darıxıram sənsiz, ata!
Oxunub: 115 | Resenziyalar: 17
___________________________
Müəllif: Aygun Rehimli
Əsər: YUXUM
Oxunub: 125 | Resenziyalar: 11
___________________________
Müəllif: Aygun Rehimli
Əsər: DEDİM - DEDİ
Oxunub: 123 | Resenziyalar: 13
___________________________
Müəllif: Shemsi
Əsər: De ("Bəhdaşa məktublar" sisiləsindən)
Oxunub: 74 | Resenziyalar: 10
___________________________
Müəllif: Axundi
Əsər: Mən...
Oxunub: 83 | Resenziyalar: 9
___________________________
Müəllif: Shemsi
Əsər: İşinə qarışdım, bağışla, Allah
Oxunub: 48 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qayıtmadın...
Oxunub: 53 | Resenziyalar: 8
___________________________
Müəllif: Rauf
Əsər: Dedi,məni gözləmə...
Oxunub: 85 | Resenziyalar: 11
___________________________
Müəllif: Aygun Rehimli
Əsər: Dəli olmuşam
Oxunub: 109 | Resenziyalar: 3
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: sefer
Mövzu: El ağladı
Yazan: Aygun Rehimli
Mövzu: Bilmir
Yazan: sefer
Mövzu: Bilmir
Yazan: sefer
Mövzu: Qonaq gəlim
Yazan: AYDIN AY
Mövzu: Qonaq gəlim
Yazan: AYDIN AY
Mövzu: Bəxt ulduzum
Yazan: sefer
Mövzu: Bəxt ulduzum

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Sevgi dili

Müəllif: sekineilyasqizi | 12 Avqust 2010 | Oxunub: 504| Yadda saxlamaq:
Həsrətləri çox çəkmişəm...-bilirsən,
Dünya yolayrıcı-sağı,solu var.
Alışar,dözərəm sənsizliyə də-
Köçüb yaşamağa səbir eli var...

Görən-qamətimdən məni şux sayır,-
Bənövşə taleyim boynunu əyir.
Könlümü almağa gül verəmməzsən...-
İndi əllərində özgə əli var.

Səni qınamaram nələr eləsən,
Ayrılıq küçəsin gündə sulasan.
Göydən yağışlar da eyni cür yağmır-
Çisəyi,leysanı,qar,dolusu var.

Könlün istəyənə söylədin bəli,
Ağlın istəyənə göstərdin yolu;
Burax o tutduğun zavallı əli!..-
Anlamayacağın sevgi dili var...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
      « Əvvəlki əsər: Niyə məni əzizləmir bu dünya? 
      » Növbəti əsər: Когда. 
Əsəri oxuyanlar (90)
  Oxşar misralar:
  • Sən yoluna, mən yoluma.
  • MƏN, SƏN VƏ SEVGİMİZ
  • Dərdim ağırdı
  • Dərdim ağırdı
  • Sən unutmadın
  •   Resenziyalar (12)  
    Yazdı: bayrami: 13 Avqust 2010 16:13
     
    Yaşayır: --
    Əsərlərin sayı: 152
    Resenziyalar: 1474
    Status: Şair
     
    1) Ədəbiyyatda. musiqidə... dəbdə olan. lakin xoşlamadığım bir mövzuda yazılıb bu şeir: Ayrılıb gedəni qaytarmaq, gedənin dalınca ağlamaq- sızlamaq, yenidən qovuşmaq həsrətilə qovrulmaq, qovrulmaq...
    2) AYRILIQ KÜÇƏSİN GÜNDƏ SULAMAQ - misra yerinə düşməyib.
    3) Formaca modern qoşmadır: əsas qafiyə, rədif var. Amma bəndlərdəki sətirlər özlüyündə qafiyələnmir. Digər qaydalar yerindədir.
    Yazdı: sekineilyasqizi: 13 Avqust 2010 17:51
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 70
    Resenziyalar: 1178
    Status: Şair
     
    Minnətdaram.Bütün yazarlar yazdıqlarında əsasən özlərini ifadə edirlər.Hərənin ayrı
    cür taleyi var,yaşadıqları var.Mən daha çox sərbəst üslubda yazıram.Həm də nasirəm.
    Hekayələrim dərc olunub dəfələrlə.Səmimiliyi ilkin şərt sayıram.Tənqidi sevirəm-insanı
    inkişaf etdirir.
    Yazdı: bayrami: 14 Avqust 2010 00:45
     
    Yaşayır: --
    Əsərlərin sayı: 152
    Resenziyalar: 1474
    Status: Şair
     
    "SƏRBƏST ÜSLUBDA YAZIRSıNıZ"...(?) Bədii üslub. elmi üslub, publisistik üslub... realist üslub, romantik üslub, satirik üslub, lirik üslub... Nəsə üslub çox geniş mənada işlənir. Amma bu SƏRBƏST ÜSLUB(?)... Xahiş edirəm, bir anladın, bu nə üslubdur belə?
    Yazdı: sekineilyasqizi: 14 Avqust 2010 06:31
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 70
    Resenziyalar: 1178
    Status: Şair
     
    Bağışlayın,səhv etmişəm,sərbəst janrda demək istəmişəm.
    Yazdı: QezelXan: 18 Avqust 2010 15:17
     
    Yaşayır: Almanya
    Əsərlərin sayı: 107
    Resenziyalar: 1004
    Status: Şair
     
    Çicəyi,leysanı,qar,dolusu var
    misrasinda qafiye pozulub, qalani yaxshidi, xoshuma geldi

    --------------------
    Vahid, çalış ətrafını incitmə özündən
    Cəhd et elə söz yaz ki, o söz xalqa gərəkdir
    Yazdı: sekineilyasqizi: 18 Avqust 2010 19:34
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 70
    Resenziyalar: 1178
    Status: Şair
     
    Təşəkkür edirəm.Böyük şairimizin söz incilərindən olan bu parçanı yerində xatırlatmı-sız.Siz başda olmaqla qürbətdə yaşayan bütün soydaşlarımıza salamlar olsun.
    Yazdı: Roma Xosrov: 29 Avqust 2010 21:09
     
    Yaşayır: Y Yasamal
    Əsərlərin sayı: 60
    Resenziyalar: 76
    Status: Şair
     
    BU seirde ele dusunek ki sol ve el natamam qafiyedi. ilk misrada hesretleri deyil hesretini cox cekmisem... bilirsen olsa daha meqsedeuygundur. cunki hesret sayilmayan isimdir cem sekilcisi qebul ede bilmez. son misrada ise səbir yox səbr yazilmalidi heca uygun gelsin deye i-ni artiq yazmisiz. ikinci bendde eyir sayir hemqafiye deyil kok say ve əydi sekilci ile qafiye ola bilmez bu yanlisliqdi. 3-cu bend lap guluncdu sulasan hara elesen hara sozun koku su digerinde ise ele-dir. su ve ele qeti qafiyelenmir yene de sekilci ile qafiye yaratmisiz. son bendin 1 ve 3-cu misrasi uygundu ikinci misra ise qafiyesizdi sekilci ile yaranib.

    --------------------
    www.romaxosrov.com
    Yazdı: sekineilyasqizi: 2 Sentyabr 2010 22:08
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 70
    Resenziyalar: 1178
    Status: Şair
     
    Sağ olun,rəyinizə görə.İndisə mən sizin rəyinizi analiz edim.Bəzi sözlərinizi yaxşı anlamıram,səhv yazılıb.Sol və əl düzgün qafiyələnir.Əzizim,nə üçün həsrətləri sözü iş-
    lənmir,poeziyada işlənir.Burada bir adamın həsrətindən söz açılmır ki.Yaxşı,əzab sözü
    də həsrət kimi hissi,duyğunu ifadə edir.Niyə o,cəm şəkilçisi qəbul edir,bu yox?Səbir sö-
    züsə bəzən elə yazılır,bəzən belə.Nümunə:Tək səbir(M.Ə.Sabir),səbrin olsun."Əyir,sa-
    yır"-ikisi də feldi,niyə həmqafiyə olmasın?"Ələ,sula"-ikisi də feldi,kökündən asılı olmayaraq.Sonuncu bəndin ikinci misrası da qafiyələnir:bəli,yol,əl.Bir də bütün şerlər-
    də bəndlərin hər birindəki misranın birini digərləriylə qafiyələndirməmək olar.Qafiyəbaz-lıq yaxşı yazmaq deyil,məna da olmalıdı.
    Yazdı: sekineilyasqizi: 3 Sentyabr 2010 19:28
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 70
    Resenziyalar: 1178
    Status: Şair
     
    Sağ olun,İlham bəy,rəylərinizə görə.Düzü,bu şerin üzərində işləmədim,olduğu kimi verdim.Səhvlərim ola bilər.İradlarınızın hamısına cavab verməyəcəyəm,çünki var başqa
    yerdə.Qaldı səbir sözünə,asqırmaq elə asqırmaqdı,bir hərfini yazmasam da,səbir sözünün bircə mənası var.Quranda yazılıb ki,ALLAHIN BİR ADI DA SƏBİRDİ.Ona görə asqırana deyirlər,Allah deyir,səbr elə.Mən "səbr elə"yazmamışam ki,"səbir eli"yazmı-şam.Bizim dilimiz Türk dilidi,Türkiyə türkcəsindən də qaynaqlanır.Verəmməzsən kimi
    sözlər ən məşhur şairlərin şerlərində də işlənib.Verə bilməzsən yazsam,hecaların sayı
    çox olar.Yağış,yağıntı-eyni mənalı sözlərdi.İndi ədəbi dilimizdə çoxlu dəyişikliklər, təzə-lənmələr gedir.

    Yazdı: sekineilyasqizi: 5 Sentyabr 2010 08:58
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 70
    Resenziyalar: 1178
    Status: Şair
     
    Sağ olun,İlham bəy.Bilmirəm,siz ədəbiyyatçısınızmı,ola bilər,mən səhv etmişəm.Ümu-
    miyyətlə,ədəbiyyatımızda elə sözlər var ki,dilçilərimiz belə onun hansı versiyasının
    daha düzgün olduğunu hələ də araşdırırlar.Çalışaram,səhvlərimi düzəldəm.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2248
    Əsərlərin sayı: 50
    bayrami
    Resenziyaların sayı: 1474
    Əsərlərin sayı: 152
    sekineilyasqizi
    Resenziyaların sayı: 1178
    Əsərlərin sayı: 70
    QezelXan
    Resenziyaların sayı: 1004
    Əsərlərin sayı: 107
    Samir Qara
    Resenziyaların sayı: 720
    Əsərlərin sayı: 38
    Aygun Rehimli
    Resenziyaların sayı: 681
    Əsərlərin sayı: 215
    tornado1962
    Resenziyaların sayı: 568
    Əsərlərin sayı: 155
    Saxavat
    Resenziyaların sayı: 536
    Əsərlərin sayı: 160
    Rauf
    Resenziyaların sayı: 514
    Əsərlərin sayı: 113
    sefer
    Resenziyaların sayı: 508
    Əsərlərin sayı: 109

               Sosial şəbəkə
     
               Reklam
     
             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • Calkkeype
    EMMA_HESENZADE
    tomeont
    salehqezelxan
    Annaspeelve
    SEVIREM
    Pameelasp
    kap
    ULISES
    Semedov_Nahid
  •          Şeirlər tarixlə
     
    «    Avqust 2010    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az